XalqXəbər.Az

Polisin gözü qarşısında “yaşıl soyqırım”: Yasamalda ağacları kim məhv edir? - VİDEO + FOTOLAR

19-10-2019, 16:12

Bakıda ağacların qanunsuz qırılması ilə bağlı müntəzəm olaraq xəbərlər gəlir. Bu dəfə isə reportyorumuz Bakı şəhəri Ə.Hüseynzadə 64 ünvanında yerləşən İstanbul Eğitim Mərkəzinin həyətində ağac kəsimi faktının şahidi olub.

Cebhe.info xəbər verir ki, qırılan ağaclar doğrandığından və oduncaq şəklində salındığından cəmi nə qədər ağacın kəsildiyini müəyyən etmək mümkün deyil.

Qalaqlanmış ağacların yaş və sağlam olduğu çəkilən videodan da aydın görünür. Ərazidə polis əməkdaşının olmasına baxmayaraq, o, prosesə seyirçi qalıb.

Bildirək ki, Yasamal rayonu 60 saylı Mənzil Təsərrüfat Komunnal birliyinin məişət tullantılarının daşınmasını həyata keçirən əməkdaşlar qırılan ağacların ərazidən təmizlənməsini həyata keçirib.
İstanbul Eğitim Mərkəzinin rəhbəri Hasan Yılmaz ağacların kəsilmədiyini, sadəcə budamanın həyata keçirildiyini bildirib. Hər halda hansısa məqsədlə növbəti dəfə kütləvi ağac “edamı” göz qarşısındadır.

Məsələ ilə bağlı Cebhe.info-nun əməkdaşı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov əlaqə saxlayıb.

Axtardığınızı daxil edin
Naviqasiya
QISA KEÇIDLƏR
Ana səhifə
Gündəm
Siyasət
Müsahibə
Mövqe
Təhlil
Aktual
Dünya
İqtisadiyyat
Maraqlı
Kriminal
Mədəniyyət
İdman
Ədəbiyyat
Cəmiyyət
Media
Sosial
Günün fotosu
Bağla
DESKTOP VERSIYA
Bütün hüquqlar qorunur.
TOP 5
HƏFTƏNIN ƏN ÇOX OXUNANLARI
Trampı “dəli” adlandıran rəqibi: “Onu seçsəniz, NATO dağılacaq”

Prezidentlə ailəsi Şamaxıda - Fotolar
Prezidentlə ailəsi Şamaxıda - Fotolar
Qurultayda mübahisə: Namizədliyini geri götürdü

Mehriban Əliyevadan Müstəqillik günü təbriki

“Türkiyəyə qarşı ermənilərdən ibarət yeni koalisiya” - AÇIQLAMA
“Türkiyəyə qarşı ermənilərdən ibarət yeni koalisiya” - AÇIQLAMA
Bütün hüquqlar qorunur.
Polisin gözü qarşısında “yaşıl soyqırım”: Yasamalda ağacları kim məhv edir? - VİDEO + FOTOLAR
Polisin gözü qarşısında “yaşıl soyqırım”: Yasamalda ağacları kim məhv edir? - VİDEO + FOTOLAR
A + A -
Bakıda ağacların qanunsuz qırılması ilə bağlı müntəzəm olaraq xəbərlər gəlir. Bu dəfə isə reportyorumuz Bakı şəhəri Ə.Hüseynzadə 64 ünvanında yerləşən İstanbul Eğitim Mərkəzinin həyətində ağac kəsimi faktının şahidi olub.

Cebhe.info xəbər verir ki, qırılan ağaclar doğrandığından və oduncaq şəklində salındığından cəmi nə qədər ağacın kəsildiyini müəyyən etmək mümkün deyil.

Qalaqlanmış ağacların yaş və sağlam olduğu çəkilən videodan da aydın görünür. Ərazidə polis əməkdaşının olmasına baxmayaraq, o, prosesə seyirçi qalıb.

Bildirək ki, Yasamal rayonu 60 saylı Mənzil Təsərrüfat Komunnal birliyinin məişət tullantılarının daşınmasını həyata keçirən əməkdaşlar qırılan ağacların ərazidən təmizlənməsini həyata keçirib.

İstanbul Eğitim Mərkəzinin rəhbəri Hasan Yılmaz ağacların kəsilmədiyini, sadəcə budamanın həyata keçirildiyini bildirib. Hər halda hansısa məqsədlə növbəti dəfə kütləvi ağac “edamı” göz qarşısındadır.

Məsələ ilə bağlı Cebhe.info-nun əməkdaşı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov əlaqə saxlayıb.

Orxan Məmmədov bildirib ki, budama prosesi onlara xəbərdarlıq edilmədən həyata keçirilib:

“Bizim budamadan xəbərimiz yoxdur. Hazırda həmin ünvana əməkdaşımızı göndərmişik. Bütün lazımi tədbirlər görüləcək. Bəzən bu kimi hallar olur. Qanunsuz ağac kəsirlər, vətəndaş səbəbini soruşduqda isə yaşıllaşdırmanın işçisi olduqlarını bildirirlər. Özlərini yaşıllaşdırma işçisi kimi təqdim edərək pul alıb ağac kəsirlər. Mən bu kimi hallar olduqda polisə lazımi tədbirin görülməsi üçün müraciət edirəm.

Hazırda sözügedən ərazi ilə bağlı da araşdırma davam edir. Budama olsa belə, bununla bağlı bizə müraciət edilməlidir. Ağaclara baxılır, hansı ağacın budanmalı olduğu müəyyənləşir, daha sonra prosesə başlanılır. Bunların qeydiyyatı aparılmalıdır”.

Qeyd edək ki, video Orxan Məmmədova təqdim edildikdən sonra işçilərin yaşıllaşdırma işçisi olmadığı da müəyyənləşmişdir.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.