SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ayağı sınan icra hakimiyyəti əməkdaşı əməliyyat zamanı öldü

Ayağı sınan icra hakimiyyəti əməkdaşı əməliyyat zamanı öldü

Tarix:

17-10-2019, 13:44

/ 679 dəfə oxundu.
Ayağı sınan icra hakimiyyəti əməkdaşı əməliyyat zamanı öldü

Xocavənd Rayon İcra Hakimiyyətinin (RİH) əməkdaşı əməliyyat zamanı ölüb.

Xocavənd rayon Muğanlı kənd ərazi nümayəndəsinin müavini Rəşad Rüstəmov evdə təmir işləri aparan zaman yıxılıb, nəticədə ağır bədən xəsarətləri alıb.

R.Rüstəmovun ayağı iki yerdən sınıb. Bir neçə gün xəstəxanada müalicə olunmasına baxmayaraq, dünyasını dəyişib.

O, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında aparılan cərrahiyyə əməliyyatından sağ çıxmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ