SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Uşaq ədəbiyyatında daha bir rəzalət: “Hamilə oldu, gördü ki, qarnı yekəlir” +FOTOLAR

Uşaq ədəbiyyatında daha bir rəzalət: “Hamilə oldu, gördü ki, qarnı yekəlir” +FOTOLAR

Tarix:

17-10-2019, 09:27

/ 1 129 dəfə oxundu.
Uşaq ədəbiyyatında daha bir rəzalət: “Hamilə oldu, gördü ki, qarnı yekəlir” +FOTOLAR

Uşaqlar üçün nəzərdə tutulmuş “Azərbaycan nağılları” kitabında daha bir nalayiq ifadə diqqət çəkib.
Moderator.Az xəbər verir ki, kitabda “qız hamilə qaldı”, gördü ki, qarnı yekəlir” və s. kimi uşaqların dünyagörüşünə uyğun olmayan ifadələr yer alıb. Bundan əlavə kitabda “vəzirin qızı şkafı açanda gördü ki...” ifadəsi işlədilib ki, bu da zaman fərqi müstəvisində yetərincə kobud səhvdir. Çünki “xan-vəzir” dönəmində şkaf və şkaf ifadəsi yox idi.

Eyni səhifədə yer alan bu iki yanlışlıq deməyə əsas verir ki, kitabda yetərincə kobud səhvlər mövcuddur.

Qeyd edək ki, “Azərbaycan nağılları – IV cild” “Şərq-Qərb” nəşriyyatında işıq üzü görüb. Kitabın tərtibatçısı Əhliman Axundov, redaktoru Bəhlul Abdulladır.

Qeyd olunan səhvlərin yer aldığı səhifəni təqdim edirik.



Şərhlər

XƏBƏR LENTİ