SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əziz Əzizov küçə ticarətindən də pul qazanır -FOTOLAR

Əziz Əzizov küçə ticarətindən də pul qazanır -FOTOLAR

Tarix:

14-10-2019, 11:04

/ 825 dəfə oxundu.
Əziz Əzizov küçə ticarətindən də pul qazanır -FOTOLAR

Bakının sanitar durumu baxımından ən acınacaqlı vəziyyətdə olan rayonlarından biri də Yasamaldır desək hər halda yanılmarıq.

Yasamal rayonu Bakıda əhalinin sıx yaşadığı rayonlarındna biridir. Lakin bu rayonun icra başçısı baxımından bəxti heç gətirmir. Cəlialasbad rayonundan Yasamala icra başçısı təyin edildikdən sonra Əziz Əzizovu gördüm deyə biləcək çox az adam var. Düzdür təyinatının ilk günlərində Yasamalda "Abad məhəllə" projeləri ilə bir neçə dəfə şəkil çəkdirsə də, sonradan icra başçısı kabinetinə çəkildi. Ənənəvi "ərazidədir" elanını isə yanında olan bir neçə nəfərə verdi. Ərazidə olan adamları da bütün təsəsrrüfatsızlıqlara göz yumaraq pul toplayıb başçının kabinetinə gətirir hər halda.

Gundeminfo.az xəbər verir ki, Yasamal rayonunda təsərrüfatın idarəedilməsi baxımından çox xaotik bir durum hökm sürür. Buna sübut kimi, artıq rayonun nifuzlu ictimai adamları da etiraz səslərini yüksəldirlər. Yasamaldakı xaotik küçə ticarəti ilə bağlı "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas bir neçə gün əvvəl özünün sosial şəbəkə statusunda məlumat verib.

FAKTLAR BURADA

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov küçə ticarətinə niyə icazə verib?

Ölkə Prezidenti Bakı şəhərində küçə ticarətini qadağan etdiyi halda, Yasamal rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov Abbas Mirzə Şərifzadə küçəsində küçə ticarətinə icazə verib. Küçə ticarətilə məşğul olan, özünü Sabirabad rayon sakini kimi təqdim edən şəxsin dediyinə görə, onların küçə ticarəti ilə məşğul olmalarına Yasamal rayon icra hakimiyyətinin Ağalar adlı əməkdaşı, Yasamal Rayon Polis şöbəsi, Bakı şəhər Ticarət və Xidmət Departamentinin əməkdaşları aylıq haqq alaraq, razılıq veriblər.

Hazırda Yasamal rayonu, A. M. Şərifzadə küçəsində iki üstü palatkalı QAZEL maşın küçədə, yəni maşınların hərəkət zolağında dayanıb, meyvə-tərəvəz, bağ-bostan məhsullarının satışı ilə məşğuldur. Ölkə Prezidentinin göstərişini pozub, küçə ticarətindən qazanc məqsədilə istfadə edilməsi qəti şəkildə yolverilməzdir və bu, küçə hərəkətinin təhlükəsizliyinin ciddi şəkildə pozulması və vətəndaşların həyatının risk altina atılmasıdır!

Qeyd edək ki, xaotik küçə ticarətinin mövcud olduğu yer eyni zamanda metro çıxışlarıdır. Elə İnşaatçılar metrosunun qarşısında da eyni vəziyyətdir. Lakin icra başçısı Əziz Əziz hardasa "abad məhəllələr" yaradır...





Şərhlər

XƏBƏR LENTİ