XalqXəbər.Az

Beynəlxalq Maliyyə Korporasiyasının “Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi layihəsi”nin yeni rəhbəri ilə görüş olub

Beynəlxalq Maliyyə Korporasiyasının “Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi layihəsi”nin yeni rəhbəri ilə görüş olub
11-10-2019, 17:15

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi layihəsinin yeni rəhbəri Yekaterina Avaliani ilə görüş olub.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli xanım Y.Avalianini yeni təyinatı münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial islahatlar proqramı barədə məlumat verib. Aparılan islahatların bir istiqamətinin də əmək müfəttişliyi sisteminin mütərəqqi təcrübələr əsasında təkmilləşməsinə yönəldiyini vurğulayıb.
M.Kərimli İFC-nin “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi” çərçivəsində ötən dövrdə aparılmış işlərin, o cümlədən ekspert missiyalarının Azərbaycana səfərlərinin əhəmiyyətindən bəhs edib. Bildirib ki, layihə, eyni zamanda, əmək müfəttişlərinin peşə bacarıqlarının artırılmasına, əmək qanunvericiliyinə əməl olunmasına nəzarət sahəsində qabaqcıl təcrübələrə əsaslanan risk əsaslı nəzarət modelinin hazırlanmasına, əmək müfəttişliyi sisteminin institusional potensialının artırılması ilə bağlı digər məsələlərdə önəmli dəstəkdir.
Nazir müavini yeni təyin olunan layihə rəhbərinin iştirakı ilə bu istiqamətdə müzakirələrin, işçi qrupları formatında görüşlərin davam edəcəyini deyib. Nazir müavini yeni yaradılan Əməyin Mühafizəsi Fondu barədə də layihə rəhbərinə məlumat verib.
Xanım Y.Avaliani əmək, məşğulluq və sosial müdafiə sahələrində ölkəmizdə aparılan islahatları maraqla izlədiyini deyib. O, yeni rəhbəri təyin olunduğu layihənin ölkəmizin əmək müfəttişliyi sistemində islahatlara dəstək missiyasının, ümumən qarşılıqlı fəaliyyətin bundan sonra da yüksələn templə davam edəcəyini vurğulayıb.
Görüşdə layihə çərçivəsində görülən işlərə və birgə iş müstəvisində qarşıda duran vəzifələrə dair fikir mübadiləsi aparılıb.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ



скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.