SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu işdə çoxsaylı qanun pozuntuları var..." - GİLEY

Bu işdə çoxsaylı qanun pozuntuları var..." - GİLEY

Tarix:

10-10-2019, 12:15

/ 1 018 dəfə oxundu.
Bu işdə çoxsaylı qanun pozuntuları var..." - GİLEY

Bakı Apelyasiya Məhkəməsində hakimi Elşən Kazımovun sədrliyi ilə “Azərbaycan Hava Yolları” QSC-də 23 il təyyarə bələdçisi vəzifəsində işləmiş Namiq Qədir oğlu Quliyevin şikayətinə baxılır. Namiq Quliyev 2016-cı il oktyabrın 20-də “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin Uçuşların İstehsalı İdarəsi Həmkarlar İttifaqı Komitəsinin qanunsuz qərarı ilə işdən çıxarılıb.

Namiq Quliyev deyir ki, həmin qərardan Xəzər Rayon Məhkəməsinə şikayət verib: “İşə hakim Hüseyn Hüseynli baxdı. Mənim cavabdeh “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin Uçuşların İstehsalı İdarəsi Həmkarlar İttifaqı Komitəsinə qarşı əsaslı iddiam araşdırılarkən ortaya böyük bir cinayət çıxdı. “AZAL”ın 20.10.2016-cı il tarixli Əmri ilə “əmək funksiyalarımın yerinə yetirilməməsi” bəhanəsi ilə işdən azad olunmuşam. Həmin Əmri qəbul etmək üçün əmək qanunvericiliyinin tələbinə görə, Həmkarlar İttifaqı Komitəsinin razılıq qərarı tələb olunur. “AZAL”ın rəhbərliyi hazırkı mülki işimdə cavabdeh olan Həmkarlar İttifaqı Komitəsinin sədrinə müraciət edib, o da heç bir araşdırma aparmadan, yəni komitənin iclasını çağırmadan, hər hansı qanuni iclas keçirmədən 18.10.2016-cı il tarixli 52 saylı qərar imzalayıb. “AZAL”a təqdim olunan həmin qərar mənim iş taleyimi məhv etdi. Məhz həmkarlar ittifaqının adından verilmiş həmin qanunsuz, cinayətə barəbər qərar əsasında “AZAL” məni asanlıqla işdən çıxara bildi”.

Qanunsuz olaraq işdən çıxarıldığını deyən Namiq Quliyevin sözlərinə görə, hazırda Həmkarlar İttifaqı Komitəsinin qərarını mübahisələndirir:

“Cavabdehin təqsiri üzündən 3 ildir işsiz qalmışam. Ötən müddət ərzində mənə vurulmuş maddi və mənəvi zərərin əvəzini tələb edirəm. İşə birinci instansiya məhkəməsində baxılarkən bizim çoxsaylı vəsatətlərimiz təmin edilmədi. Hakim Hüseyn Hüseynli hərtərəfli araşdırma aparmaqdan yayındı, imtina etdi. Hakim deməsə də, bilinirdi ki, təzyiqlər var, məhkəmə yalnız bir məsələni düşünürdü ki, tez-tələsik mənim ziyanıma qətnaməsini elan eləsin. Belə də oldu. Hazırda iş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Elşən Kazımovun icraatındadır. Məhkəmə prosesi oktyabrın 25-də keçiriləcək”.

Namiq Quliyev deyir ki, işə Xəzər Rayon Məhkəməsində işə baxılarkən məhkəməyə edilən təzyiqlərdən Azərbaycan Respublikasının Prezidentinə, Birinci vitse-prezidentə, Məhkəmə-Hüquq Şurasına, ədliyyə nazirinə çoxsaylı yazılı şikayətlər göndərib:

“Bu işdə çoxsaylı qanun pozuntuları var. Ən əsası isə bu iş ölkədə fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsinin hansı məqsədə qulluq etdiyini və ona ümidvar olan işçiləri nə cür “müdafiə” etdiyini açıq şəkildə göstərir. Odur ki, ölkə rəhbərliyindən, kütləvi informasiya vasitələrindən və ictimaiyyətdən xahiş edirəm ki, bu məsələni nəzarətə götürsünlər və pozulmuş haqqımı bərpa etməkdə mənə yardım etsinlər”.

Şərhlər

XƏBƏR LENTİ