XalqXəbər.Az

Rektor "Həmkarlar"ın sədrini də vəzifədən uzaqlaşdırdı - BDU-da daha bir dəyişiklik

yüklənir...
Rektor "Həmkarlar"ın sədrini də vəzifədən uzaqlaşdırdı - BDU-da daha bir dəyişiklik
9-10-2019, 15:57
yüklənir...

Bakı Dövlət Universiteti (BDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) növbəti iclası keçirilib.

Mia.az xəbər verir ki, rektor Elçin Babayevin və Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadənin də iştirak etdiyi iclasda Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Şiriyev hesabat xarakterli çıxış edib.

HİK İdarə Heyətinin üzvləri və fakültə sədrləri hesabata münasibət bildiriblər.

İclasda komitənin sədri vəzifəsinə seçkilər keçirilib.

Fizika fakültəsinin dekan müavini, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.

Xatırladaq ki, bundan əvvəl rektor iki prorektoru dəyişərək, öz kadrlarını həmin vəzifələrə gətirib.

Buna qədərsə, o, BDU-da daha bir neçə önəmli postlara öz adamlarını yerləşdirib.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.