SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda təhsil haqları artacaq - 1850, 5400, 6000 manat....

Azərbaycanda təhsil haqları artacaq - 1850, 5400, 6000 manat....

Tarix:

4-10-2019, 18:50

/ 996 dəfə oxundu.
Azərbaycanda təhsil haqları artacaq - 1850, 5400, 6000 manat....

"Gələn ildən etibarən ali təhsil məssisələrində təhsil haqları artacaq. Beləliklə, 2020-ci ildən etibarən bakalavriat səviyyəsində hər bir təhsilalana düşən xərclər artıb".

Bunu təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov bildirib ki, 2010 cu ildə təstiq olunmuş xərclərin miqdarı ilə 2020-ci il üçün nəzərdə tutulan xərclər arasında 300 manat və daha çox fərq var:

"Misal üçün 2010-cu ildə bakalavr pilləsində düşən xərclərdə Müalicə işi üçün 2500 manat müəyyən idisə, 2020-ci il üçün Müalicə işi ixtisasına 5400 manat müəyyən olunub. Və ya 2010-cu ildə Heykəltəraşlıq 2000 manat idisə, 2020-ci ildə 6000 manat olacaq.

Müəllimlik ixtisasları üçün 2010-cu ildə 1500 manat xərclər müəyyənləşmişdisə, 2020-ci ildə bu 1710 və 1850 manat məyyənləşib.

Ümumilikdə bütün ixtisaslar üzrə 300 manatdan 2000 manata qədər təhsilalana düşən xərclər artırılıb. Amma bunlar dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki xərcdir. Yəni ödənişli əsaslarla fərqli rəqəmlər ola bilər. Belə deyim ki, bu ixtisaslar üzrə dövlət sifarişli qəbul olmuş hər tələbəyə görə büdcədən universitetə bu qədər vəsait ödənəcək. Amma ödənişli təhsil haqlarını isə universitetlər özü məyyənləşdirir. Təbii ki, tələbələrin sayının artması ilə xərclərin də azalaması mümkündür.

Nəzərə alsaq ki, 2020-ci ildə ödənişsiz plan yerlərinin sayı daha da artacaq, bu artım o qədər də vətəndaşa təsir göstərməyəcək. Yəni 2020-ci ildə plan yerinin 50 faizi pulsuz olacaq.
Qısası 2020-ci ildə təhsil haqlarında artım olacaq".

Şərhlər

XƏBƏR LENTİ