SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hər valideyndən təmir üçün 210 manat? - SUMQAYITDA

Hər valideyndən təmir üçün 210 manat? - SUMQAYITDA

Tarix:

3-10-2019, 00:29

/ 1 289 dəfə oxundu.
Hər valideyndən təmir üçün 210 manat? - SUMQAYITDA

Sumqayıt şəhəri 27 nömrəli tam orta məktəblə bağlı şok iddia ortaya atılıb.

Məktəbin rus bölməsi üzrə 1-ci sinfində oxuyan hər şagirddən nə az, nə çox 210 AZN pul yığıldığı bildirilib.

Adının çəkilməsini istəməyən valideynlərin Cebhe.info-ya dediyinə görə, bu məbləğ sinfin təmiri üçün tələb edilir. Məlumatı dəqiqləşdirmək üçün 27 saylı məktəblə əlaqə saxladıq.

Məktəbin direktoru Valid Mustafayev Cebhe.info-ya açıqlamasında iddianın doğru olmadığını deyib: “Bu, necə həqiqətəuyğun ola bilər? Sizcə 210 manat yığmaq olar? Bu məbləği hansı məktəb, hansı müəllim, hansı ağılsız yığa bilər? İddianı səsləndirən adam gəlsin, oturaq, danışaq, görək nə məsələdir və hansı əsasla belə bir iddianı irəli sürür? Əsaslandıra bilməsə, o zaman mən ona qarşı lazımli tədbirləri görəcəyəm. Mən burada, müəllim burada, valideynlər də burada... Məsələnin ən yaxşı kökünü axtarmaq budur”.

“Məktəbin təmirə ehtiyacı varmı?” sualına direktor belə cavab verib: “Bəli, məktəbin əsaslı təmirə ehtiyacı var. Dəfələrlə bununla bağlı Təhsil Nazirliyinə müraciət etmişəm”.

Şərhlər

XƏBƏR LENTİ