SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İbtidai sinif şagirdlərinə çətin tapşırıqlar: - Valideynlər narazılıqlarında haqlıdırlar

İbtidai sinif şagirdlərinə çətin tapşırıqlar: - Valideynlər narazılıqlarında haqlıdırlar

Tarix:

20-09-2019, 13:00

/ 725 dəfə oxundu.
İbtidai sinif şagirdlərinə çətin tapşırıqlar: - Valideynlər narazılıqlarında haqlıdırlar

Hər il olduğu kimi dərslər başlayanda, təhsil sahəsində həll olunmamış problemlər də gündəmə gəlir. Valideynlərin orta məktəblərlə bağlı şikayətlərindən biri yenə də dərs yükü ilə bağlıdır.

Xüsusən də ibtidai siniflərdə dərsliklərdəki tapşırıqlar valideynləri qane etmir. Əksəriyyət belə düşünür ki, aşağı siniflərin dərs tapşırıqları çətindir. Elə ekspertlər də bu qənaətdədirlər ki, ibtidai sinif şagirdlərinin təfəkkürünə, qavrayışıya uyğun olmayan çalışmalar var.

Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət Sherg.az-a problemlə bağlı danışarkən deyib ki, təhsildə kurikulumun tətbiqindən sonra, dərs tapşırıqlarının çətinliyi narahatlıq yaradıb. Onun sözlərinə görə, yeni sistem gündən-günə narazılıqları artırır:

“Günah bir qədər də pedaqoqlardadır. Müəllimlər problemin aradan qaldırılması üçün sistemi tam mənimsəməlidirlər. Bununla yanaşı yeni təhsil vesaitlərindən əlavə digər mənbələrdən də istifadə etməlidirlər. Bu yolla, sadə izahlarla uşaqları öyrətməlidirlər. Çox təəssüf ki, muəllimlərimiz axtarışda deyillər, kurikulumun metodologiyasından sadə formada istifadəni öyrənmirlər. Yaxşı olardı ki, yeni tətbiqi pedaqoqlarımız tam mükəmməl formada mənimsəsinlər, dərsliklərdəki məsələlərin sadə yolla həllini uşaqlara öyrətsinlər. Əks təqdirdə bu neqativlər narazılıqları artıracaq. Bu da təhsilin uğurlu inkişafına mane olacaq”.

Şərhlər

XƏBƏR LENTİ