SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ermənilər Bakıda meydan sulayır: DİN-ə müraciət edildi

Ermənilər Bakıda meydan sulayır: DİN-ə müraciət edildi

Tarix:

20-09-2019, 12:55

/ 586 dəfə oxundu.
Ermənilər Bakıda meydan sulayır: DİN-ə müraciət edildi

Bakıya üzərində ermənicə yazılar olan şirniyyat gətirən “Nant” firması bu məsələ haqda saytımızda xəbər yayımlandıqdan sonra redaksiyamızla əlaqə saxlayıb.

Firmanın əməkdaşı Axar.az-a açıqlamasında məhsulun üzərində ermənicə yazının olmasının “çox təbii bir hal” olduğunu bildirib və redaksiyanı təhdid edib.

Axar.az sözügedən firmanın fəaliyyətinin araşdırılması və olaya hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və Vergilər Nazirliyinə, həmçinin Qida Təhlükəsizliyi Agentliyinə sorğu göndərib.

Qeyd edək ki, jurnalist Xalid Kazımlı Bakıda erməni istehsalı olan peçenyenin satılması haqda məlumat yayıb. “Choco Pie” adlanan peçenyenin “Bazarstor”da satıldığı qeyd olunub.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Bazarstor”un PR və Mareketinq şöbəsinin müdiri Günay Novruzqızı bildirib ki, bu məhsul 3 gün ərzində mağazalardan yığışdırılacaq.

Şərhlər

XƏBƏR LENTİ