SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təhsil nazirliyinin rahat kabinetlərində “narahat oyunlar” - Ceyhun müəllim, bəlkə bir maraqlanasınız...

Təhsil nazirliyinin rahat kabinetlərində “narahat oyunlar” - Ceyhun müəllim, bəlkə bir maraqlanasınız...

Tarix:

18-09-2019, 10:11

/ 811 dəfə oxundu.
Təhsil nazirliyinin rahat kabinetlərində “narahat oyunlar” - Ceyhun müəllim, bəlkə bir maraqlanasınız...

Yəqin ki, rəhmətlik Sabir “ax necə kef çəkməli əyyam idi, onda ki,övladi vətən xam idi” şeirini yazanda düşünməzdi ki, üstündən yüz il keçəndən sonra da cənnət vətənimizdə eyni təfəkkürdə, düşüncə tərzində olan şəxslər hələ çox olacaq. Acınacaqlısı da o olacaq ki, onların çoxu mötəbər vəzifə kürsülərində yerlərini rahatlayıb övladi-vətəni xamlayacaqlar.

Ümumiyyətlə vəzifə çox şirin bir zaddır.Çünki bizlərdə ona bir dəfə yapışan adam heç vəchlə qopmaq istəmir. Kresloda yerini rahatlayan kimi bir qara qoç qurbanı götürür ki, “ey qadir Allah, mənim canımı elə bu kabinetdə, bu kresloda al”. Ol səbəbdəndir ki, bizlərdə kiminsə vəzifədən çıxarılması hamını təəccübləndirir və cümlə aləm düşünür ki, bu bədbəxt nə günahın sahibidir ki, kresloda ölmək şərəfindən məhrum edildi.

Hə, özü də əsl həngamə vəzifə kürsüsündə yerini rahatlayandan sonra başlanır. Süleyman padşahın taxt-tacına oxşayan kresloda yayxanandan sonra başlayırsan bala-bala vətən dərdi çəkməyə. Əvvəlcə vətənin özünə aid olan hissəsinə milyonlar sərf edərək abadlaşdırırsan. Sonra keçirsən qohum-əqrabaya, dost-tanışa və ilaaxır vətən övladlarına. Təbii ki, vətənin dərdini əməlli-başlı çəkmək üçün gələcəyə də tədarük görürsən. Qara gün üçün göy pullardan toplayırsan.

“Mən arifəm, işarədən qanaram”

İndi bütün bunları sizə danışmaqda heç də Amerika qitəsini təzədən kəşf etmək niyyətimiz yoxdur. Kstate. Amerika demişkən Təhsil Nazirliyinin kurs adı ilə Amerikaya göndərdiyi Cəsarət Valehov çox yəqin vətəndaşları "yola verməyin" yeni sirlərini öyrənir. Bunları özünüz də yaxşı bilirsiniz. Sadəcə demək istəyirik ki, Təhsil Nazirliyində də belə “vətən dərdi” çəkən məmurlarımız az deyil . Oturublar rahat kabinetlərdə, “Məktəb illəri” mahnısına qulaq asa-asa kövrələrək təhsilimizin inkişafı yolunda külüng çalırlar. Pardon, fikrimizə azacıq düzəliş etmək istəyirik. Daha doğrusu təhsilimizin inkişafına külüng çalırlar. Götürək elə nazirliyin insan resursları şöbəsinin müdir müavini Murad Camalzadə yoldaşı. Cənabın müavinlik etdiyi şöbənin adının məsuliyyətini çəkməyə bir dəvə karvanı bəs etməz. Di gəl ki, Murad müəllim insan resurslarını təbii resurslarla səhv-dəyişik salaraq istədiyi kimi kullanır. Həftədə bir dəfə şikayətçi müəllimləri yığır bir yerə, onlara “ömür ani,dünya fani” tipli ibrətamiz nəsihətlərlə dolu vədlər verərək yola salır. Amma, elə şikayətçilər də olur ki, Murad müəllim onları “mən arifəm, işarədən qanaram” deyərək göndərir Təhsilin inkişaf proqramları şöbəsinin müdiri Emin Əmrullayevin yanına. Emin müəllim də həmkarının sözünü təbii ki, yerə salmır.

Yenə deyəcəksiniz ki, bütün bunların təhsilin inkişafına nə dəxli var? Tamamilə haqlısınız. Elə biz də nə müddətdir ki, demək istəyirik ki, bu iki şəxsin və onların əməllərinin Azərbaycan təhsilinə heç bir dəxli yoxdur. Təhsil Nazirliyinin kabinetlərində yerini rahatlamaq, şöbə müdiri, müavini olmaq o demək deyil ki, sən təhsilin inkişafına xidmət edirsən. Bəzən elə olur ki, təhsil sənin inkişafına xidmət edir. Necə ki, adını çəkdiyimiz cənablar məhz belə də edirlər. Bəs niyə buna bir “dur” deyən tapılmır, bütün bunları görən yoxdur? Ceyhun müəllim, bəlkə bir maraqlanasınız...

Ardı var...
Rubrika.Az

Şərhlər

XƏBƏR LENTİ