XalqXəbər.Az

Məşhur liseydə apelyasiya fırıldağı

yüklənir...
Məşhur liseydə apelyasiya fırıldağı
17-09-2019, 23:07
yüklənir...

Dərs ilinin başa çatması ilə məktəblərdə tətil dövrü başlansa da bir çox problemlər heç də “istirahətə getmək” fikrində deyil. Daha doğrusu həmin problemləri yaradanlar ictimai fikrə,dövlət siyasətinə məhəl qoymadan öz bildiklərini etməkdədirlər. Təhsil sahəsində bu tendesiyanı qoruyub saxlayanlar isə daha təhlükəlidirlər. Çünki, ümummilli əhəmiyyət daşıyan,bilavasitə xalqın və dövlətin gələcəyinə hesablanan təhsil sektorunda hərc-mərcliyin,dərəbəyliyin hökm sürməsi yaxşı heç nə vəd etmir.
Redaksiyamıza Bakı Avropa Liseyində baş verənlər barəsində ilginc məlumatlar daxil olub. 1991-ci ildən fəaliyyət göstərən lisey ölkəmizdə kifayət qədər tanınan təhsil ocaqlarından biridir. Liseyin direktoru Zülfiyyə Veysova da bu sahədə tanınmış simalardan hesab olunur.Lakin, 27 ildir ki, Liseyə rəhbərlik edən Zülfiyyə xanım öz davranışları və çıxışları ilə heç kimə məhəl qoymadığını, az qala özünü Azərbaycan təhsilinin memarı, ideoloqu hesab etdiyini sərgiləyir. Verilən məlumatlara görə daha çox kobud,qaba rəftarı ilə tanınan xanım direktor Azərbaycanda yeganə dürüst, obyektiv təhsil ocağı olduqlarını iddia edir, heç kimlə hesablaşmır, hər kəsə meydan oxuyur. Onun iddiasına görə Azərbaycanda Mehriban xanım tərəfindən aparılan təhsil siyasəti sıfra bərabərdir. Yəni iddiasına görə bildirir ki, Azərbaycanda təhsil sistemində yalnız və yalnız onun rəhbərlik etdiyi liseydə rüşvət yoxdur. Redaksiyamıza daxil olan məlumatlar Zülfiyyə xanımın liseyində heç də hər şeyin deyildiyi qədər dürüst və obyektiv olmadığı qənaətini yaradır.
Verilən məlumata görə Liseydə 1-ci siniflərə keçirilən qəbul prosesində obyektivlik prinsipləri pozulub. İlk öncə ondan başlayaq ki, imtahan prosesində şagirdlər karandaşdan istifadə ediblər.(?) Yəqin ki, dünya praktikasında ilk dəfə Avropa liseyində karandaşla imtahan prosesi təşkil edilib. “Poz-qazan” lotoreyasını xatırladan imtahan prosesinin karandaşla keçirilməsi ona istənilən müdaxilənin mümkünlüyünü göstərir.
Əsl həngamə isə “poz qazan” imtahanlarından sonra başlanıb. Belə ki, imtahandan keçməyən şagirdlərin valideynlərinin telefonuna apelyasiya şikayəti ilə bağlı mesaj göndərilib və bunun üçün gün təyin edilib. Lakin, apelyasiya şikayəti də imtahandan fərqlənməyib. Belə ki, hər hansı bilik yoxlaması keçirilmədiyi halda tanışlıq söhbəti aparılıb. Bu zaman isə yalnız lisey rəhbərlərinə məlum olan kriteriyalara cavab verənlərin şikayəti təmin olunub. Digərləri isə ən sadə dillə desək “yola verilib.” Yəni lisey rəhbərliyinin apelyasiya adı altında təşkil etdiyi bu şou nəticəsində qeyd etdiyimiz kimi bir qrupun maraqları təmin edilib və bu zaman Zülfiyyə xanımın çox sevdiyi obyektivlik və aşkarlıq prinsiplərinə heç də riayət olunmayıb. Baş verənlər valideynlərdə haqlı olaraq narazılıq doğurub və əsaslı şübhələr yaradıb. Zülfiyyə xanımın “Avropa standartları” artıq ciddi narazılıq yaradıb.
Şikayətçilər Azərbaycan təhsilinin böyük hamisi Mehriban xanıma, Təhsil naziri Ceyhun Bayramova və Bakı şəhər İH başçısı Eldar Əzizova müraciət edərək Liseydə baş verən şübhəli əməliyyatlara son qoyulmasını, aşkarlıq və obyektivliyin təmin olunmasını tələb edirlər. Özünü Azərbaycan təhsilinin flaqmanı,ideoloqu hesab edən Z.Veysovanın hərəkətləri bu sahədə aparılan islahatlara, görülən ölçüyəgəlməz işlərə kölgə salır. “Təhsilimizə sırınan “Avropa standartlarına” son qoymağın vaxtıdır” deyən şikayətçilər aidiyyatlı qurumları qəti tədbirlər görməyə səsləyirlər!Məlumat üçün bildiririk ki, bu təhsil ocağının əsl sahibinin Zülfiyyə Veysova olmadığı bildirilir. Hətta Z.Veysovann Amerika fəaliyyəti ilə bağlı qaranlıq təəssüratlar üzə çıxmaqdadır. Bu barədə araşdırmalarımızı davam etdiririk.

Rubrika.Az

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.