XalqXəbər.Az

Eynulla Fətullayev BDU-nun rektoru ilə deputatı topa tutdu: "Bu, nə rüsvayçılıqdır?"

yüklənir...
Eynulla Fətullayev BDU-nun rektoru ilə deputatı topa tutdu: "Bu, nə rüsvayçılıqdır?"
16-09-2019, 16:24
yüklənir...

Görün, nə baş verir. BDU-nun Politologiya fakültəsinin tələbələri beynəlxalq münasibətlər elmini "Yeni Azərbaycan" qazetinin Baş redaktoru Hikmət Babaoğlunun "yazdığı" dərslikdən oxuyacaqlar... Sözüm yoxdur daha".

Mia.az xəbər verir ki, bu sözləri sosial şəbəkədəki hesabında Haqqın.az saytının Baş redaktoru Eynulla Fətullayev yazıb.

O, deputat Hikmət Babaoğlunun statusunu paylaşaraq, belə davam edib: "Heç olmasa, universitet götürüb Fukuyamanı və ya Zorini tərcümə etdirib, derslik buraxardı?! Bu, nə rüsvayçılıqdır? Bu tehsil ilə, bu elmi yanaşma ilə biz hara gedirik?

Nə baş verir axı? Yaxşı Hikməti başa düşdük, özünütənqid yox səviyyədədir, abır-həya, vicdan itirilib, bəs BDU-nun rektoru hara baxır?

Amma digər tərəfdən bir universitetin rektoru dosent, Şamaxıda dərc olunan kiçik jurnalın elmi işçisi ola, elə dərslikləri də Hikmət yazmalıdır da...".

Eynulla Fətullayev fikirini belə tamamlayıb: "Övladıma baxdım, gözlərim doldu! Aman Allah, bu bədbəxt nəsli nə gözləyir???".

Baş redaktorun fikirləri ilə bağlı qarşı tərəfin münasibətini də yaymağa hazırıq.



yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.