SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bu gün Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günüdür

Tarix:

16-09-2019, 00:19

/ 977 dəfə oxundu.
Bu gün Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günüdür.

Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına uyğun olaraq, ölkədə yeni dərs ili sentyabrın 15-də başlayır və bu tarix Bilik Günü kimi qeyd olunur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

Onu da qeyd edək ki, bu il sentyabrın 15-i bazar gününə təsadüf etdiyindən dərslər sentyabrın 16-da başlayacaq.

Şərhlər

XƏBƏR LENTİ