SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Abdin Fərzəliyev növbəti səyyar qəbul-görüş keçirmişdir

Abdin Fərzəliyev növbəti səyyar qəbul-görüş keçirmişdir

Tarix:

14-09-2019, 15:14

/ 1 006 dəfə oxundu.
Abdin Fərzəliyev növbəti səyyar qəbul-görüş keçirmişdir

Rayon İcra Hakimiyyətinin başçısının rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir.
Qəbulda RİH-nin məsul şəxsləri, RİH başçısının Sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Nərimanov bələdiyyəsinin sədri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev giriş sözü söyləyərək, yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirdi.
Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verildi və onların həlli nəzarətə götürüldü.

Şərhlər

XƏBƏR LENTİ