XalqXəbər.Az

"Leş Tofiq”lərin Bakıya gətirdiyi yararsız ətlər süfrəmizə necə yol tapır?

yüklənir...
"Leş Tofiq”lərin Bakıya gətirdiyi yararsız ətlər süfrəmizə necə yol tapır?
13-09-2019, 20:44
yüklənir...

Vaxtaşırı olaraq paytaxt Bakıda mənşəyi məlum olmayan ət aşkarlanır. Dünən də rayonlardan ölmüş heyvanların ətini toplayıb Bakıya gətirən "Leş Tofiq" ləqəbli Alıbəy Rzaxanovun cinayətkar şəbəkəsi saxlanılıb.
Bu da bütün bu ətlərin hara getdiyi sualını bir daha gündəmə gətirib. İstifadəyə yararsız olan ətlərin kolbasa, sosiska, konserva istehsalında istifadə edildiyi və dönərxanalara verildiyi barədə uzun illərdir söz-söhbətlər gəzir.

Bəs vətəndaşlar insan orqanizmi üçün uyğun olmayan bu ətlərdən necə yaxa qurtara bilər?

Mövzu ilə əlaqədar professor Adil Qeybulla “Yeni Sabah”a deyib ki, mənşəyi məlum olmayan ətlərin istehsalına qarşı aparılan mübarizə effektiv deyil:

“Xaricdə hansısa xüsusi heyvanların ətləri eksklüziv gəlir və baha olur. Amma normalda bütün ətlər standarta uyğun olmalıdır. Yəni bahalı, ucuz fərq etməməlidir. Ət ucuz da olsa, texniki standartlara cavab verməlidir. Bu birinci dəfə deyil, tez-tez belə hallarla qarşılaşırıq. Amma görürsünüz ki, bu bir şəbəkədir və bəziləri də respublika və yaxud rayon səviyyəsində himayə olunurlar. Bəzən bunların biri, ikisi aşkar olunur, lakin təəssüflər olsun ki, ölkəyə belə ətlər də idxal olunur. Belə ətlərdən kolbasa məhsulları, konserva edilmiş qidalar və s. hazırlanır. Bəzən də müxtəlif iaşə obyektlərində onlara müxtəlif dadlandırıcı ədviyyatlar vuraraq, satışa təqdim edirlər. Mən hesab edirəm ki, ümumilikdə respublika üzrə ümumi standart qəbul edilməlidir. Bu cür ətlərin istehlakı, istehsalı, dövriyyəsi, daşıması üçün müəyyən bir cinayət məsuliyyəti olmalıdır. Çünki söhbət bu millətin genefondundan gedir və qida təhlükəsizliyi də milli təhlükəsizliyinin bir tərkib hissəsi olmalıdır. Mən belə hesab edirəm ki, əgər hələdə belə hallarla rastlaşırıqsa, deməli bu məsələ ilə bağlı mübarizə yetərincə deyil”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.