SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi həyata keçiriləcək - QƏRAR

Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi həyata keçiriləcək - QƏRAR

Tarix:

12-09-2019, 11:32

/ 872 dəfə oxundu.
Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi həyata keçiriləcək - QƏRAR

Nazirlər Kabineti "Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nı təsdiqləyib.

Bununla bağlı qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin hüquqlarının təminatı, təşviqi və qorunması dövlətin prioritet fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə dövlət tərəfindən "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin hüquqlarının dövlət monitorinqi aparılacaq.

Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin məqsədi bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin cari vəziyyətinin öyrənilməsi, çatışmazlıqların və həyata keçiriləcək dövlət siyasəti istiqamətlərinin və tədbirlərin müəyyən edilməsidir.

Qərarda qeyd olunub ki, əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək. Nazirlik monitorinqi Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti, Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və strukturuna daxil olan digər qurumlar vasitəsilə həyata keçirəcək.

Eyni zamanda əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi məqsədilə Nazirliyin əməkdaşlarından ibarət daimi fəaliyyət göstərən komissiyalar yaradılır.

Şərhlər

XƏBƏR LENTİ