SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 40 minədək işsiz ödənişli ictimai işlərə cəlb edildi

40 minədək işsiz ödənişli ictimai işlərə cəlb edildi

Tarix:

4-09-2019, 19:35

/ 1 111 dəfə oxundu.
40 minədək işsiz ödənişli ictimai işlərə cəlb edildi

"İşsizin dostu” proqramı çərçivəsində ictimai işlərlə təmin olunan işçilərin siyahısı yaxın günlərdə açıqlanacaq.

Hazırda elektron proqram təminatı üzərində son tamamlama işləri aparılır.

Prezident cənab İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən “İşsizin dostu” proqramı çərçivəsində 40 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir.

Şərhlər

XƏBƏR LENTİ