SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hirkan, Şəki və Xızıda yanğınlar söndürülüb

Hirkan, Şəki və Xızıda yanğınlar söndürülüb

Tarix:

24-08-2019, 11:04

/ 895 dəfə oxundu.
Hirkan, Şəki və Xızıda yanğınlar söndürülüb

Şəki rayonunun Təpəcənnət kəndində dağlıq ərazidə 200 ha sahədə kol-kos və quru ot yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Xızı rayonunun Fındığan kəndində dağlıq ərazidə 60 ha quru ot və kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Eyni zamanda, avqustun 20-də Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada başlamış yanğın tam söndürülüb.

Şərhlər

XƏBƏR LENTİ