SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Ölkə əhalisinin canını Ramiz Rzayevdən qurtarın” - Evi əlindən alınan Yasin Bayramovdan prezidentə MÜRACİƏT

“Ölkə əhalisinin canını Ramiz Rzayevdən qurtarın” - Evi əlindən alınan Yasin Bayramovdan prezidentə MÜRACİƏT

Tarix:

29-07-2019, 16:13

/ 893 dəfə oxundu.
“Ölkə əhalisinin canını Ramiz Rzayevdən qurtarın” - Evi əlindən alınan Yasin Bayramovdan prezidentə MÜRACİƏT

“Ali Məhkəmənin sədri Ramiz Rzayevin öz fəaliyyətini davam etdirməsi Konstitusiyaya uyğun deyil”

“Hakim Abdullayeva tərəfindən çıxarılmış gizli və saxta qətnaməyə əsasən, cinayətkar qrup mənə məxsus mənzilimi saxta sənədlərlə 90.000 ABŞ dollar dəyərində satıb”

Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, mənzil 75-də yaşayan Bayramov Yasin Ziyədəli oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına növbəti şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə müraciət edən Y.Bayramov Nizami rayon Məhkəməsinin hakimi Aygün Abdullayevanın qanunsuz olaraq onun evinin ələ keçirilməsinə şərait yaratdığını iddia edir. Onun sözlərinə görə, A.Bayramova başda olmaqla bəzi hakimlər mütəşəkkil dəstəni müdafiə edərək, cinayətkar şəbəkənin fəaliyyətin geniş meydan veriblər:

“Sizə tam məsuliyyətlə bildirirəm ki, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudova münasib olan mafyoz Mehdiyev Rauf Süleyman oğlunun cinayətkar qrupunun qanunsuz sifarişini Bakı şəhəri, Nizami rayon məhkəməsinin sabiq hakimi A.A.Abdullayeva yerinə yetirmişdir. Yəni mənim tərəfimdən tam sübuta yetirilmişdir ki, 19.04.2006-cı il tarixdə 2-501/2006 saylı qətnaməni hakim A.Abdullayeva gizli çıxarmışdır. Nəticədə mənə məxsus mənzilimdən istifadə hüququmun itirilməsi yuxarıda qeyd etdiyim gizli çıxarılmış qətnamədə qət edilmişdir.

Hörmətli Prezident!

Hakim A.Abdullayevanın Azərbaycan Respublikasının adından gizli və saxta qətnamə çıxarmasına bütün dünya Azərbaycanlıları və şəxsən Sizin qiymət verəcəyinizə inanıram.
Hakim A.Abdullayeva məni əvvəlcədən sövdələşmiş cinayətkar qrupun sifarişi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin bazasında qeydiyyatda olmağımdan məhrum etmişdir. Azərbaycan Respublikasının vətəndaşları haqlı olaraq məhkəmə sistemində olan bəzi hakimlərin çıxardıqları qərarların sifarişlə yerinə yetirilməsini qeyd edirlər.
Hakim A.Abdullayeva tərəfindən çıxarılmış gizli və saxta qətnaməyə əsasən, cinayətkar qrup mənə məxsus mənzilimi saxta sənədlərlə 90.000 ABŞ dollar dəyərində satıb. Eyni zamanda cinayətkar qrup hakim A.Abdullayevanın köməkliyi ilə mənim RF-dan Vətənə gəlməyimin qarşısını almışdılar. Mənim Vətənə gəlməyimə Tümen vilayətində fəaliyyət göstərən cəmiyyətlərimiz kömək göstərə bilmədilər. RF-nın Daxili İşlər Nazirliyinin idarə rəisi general polkovnik Mamayev də mənə köməklik göstərə bilmədi.
23 gün küçələrdə və qatarlarda olmuşam. Yəni, Tümen-Moskva, Moskva-Tümen, Tümen-Ekaterinburq və Ekaterinburq-Maxaçkala şəhərlərində olmuşam. Qatarların biletlərinin surətini məhkəməyə təqdim etmişəm. Moskva şəhərində fəaliyyət göstərən səfirliyimiz də mənə köməklik göstərə bilmədi.
Ekaterinburq şəhərində bir nəfər həmyerlimiz konsulluğumuza bildirdi ki, mən Azərbaycanda qeydiyyatdan çıxsam da, vətəndaşlığıma görə Vətənə qayıtmalıyam. Konsulluğumuzun əməkdaşları bir neçə gün bu məsələ ilə məşğul olduqdan sonra mənə Vətənə qayıtmaq üçün vəkalətnamə verdilər.
Hakim A.Abdullayeva və onun müdafiə etdiyi cinayətkar qrup gözləmirdilər ki, mən vətənə qayıda bilərəm.
Bakı şəhəri, Nizami rayon məhkəməsinə ərizə ilə müraciət etdim. Mənim haqqımda olan gizli çıxarılmış qətnaməni və məhkəmədə olan bütün sənədlərin surətini aldım. Əvvəlcə həmin sənədləri araşdırdım. Sonra isə təhqiq və tədqiq etdim. Müəyyən etdim ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 19.04.2006-cı il tarixli 2-501/2006 saylı qətnaməsi hakim A.Abdullayeva tərəfindən gizli çıxarılmışdır. Bu məsələdə iddiaçılar olmayıb.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına Apellyasiya şikayəti ilə müraciət etdim. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.01.2018-ci il tarixində keçirilən iclasında iddiaçı hesab olunan Bayramov Ziyədəli Yasin oğlu bildirdi ki, onun məhkəmə qətnaməsindən xəbəri yoxdur. Məhkəmə Kollegiyasının protokolu və qətnaməsi saxtalaşdırılaraq Z.Y.Bayramovun çıxışı olduğu kimi qeyd edilmədi.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Nizami rayon məhkəməsinin qətnaməsini ləğv etdi.
Abşeron rayonun hüquq bürosunun vəkili Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasitya Məhkəməsinin vasitəsi ilə kassasiya şikayəti vermişdi. Kassasiya şikayəti iddiaçı hesab olunan E.S.Mehdiyeva və Z.Y.Bayramov tərəfindən imzalanmayıb. Hüquqi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmış kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş və baxılmaq üçün Ali Məhkəmənin Mülki Kollegiyasına göndərilmişdir.
Azərbaycan Respublikasının MPM-nin 407.3.2-ci maddəsinə əsasən şikayət onu verən şəxs və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.
Həmin Məcəllənin 408.1.1 maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa kassasiya şikayəti qaytarılmalıydı.
Həmin Məcəllənin 409-cu maddəsinə əsasən işin kassasiya instansiyası məhkəməsinə göndərilməsi aşağıdakı kimi olmalıdır.
Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
Bakı Apellyasiya Məhkəməsi tərəfindən yuxarıda qeyd edilən qanunlara riayət edilmədən qanunsuz olaraq kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin bu məsələ ilə əlaqədar məsul olan şəxsləri xidməti vəzifələrini qanuna əsasən yerinə yetirmədiklərinə görə qanun qarşısında cavab verməlidirlər.
“Məhkəmələr və hakimlər haqqında” qanunun 66-cı maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin sədri cənab İman Nağıyev Apellyasiya Məhkəməsinin işinin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamışna əməl olunmasını təmin edir.
Yuxarıda qeyd edilən kassasiya şikayətinə baxılmamışdan əvvəl tərəfimdən Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevə və Ali Məhkəmənin hakimi T.Qoldmana (iş onun icraatındadır) 24.08.2018-ci il tarixkdə məlumat verdim.
11.10.2018-ci il tarixdə Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri T.Qoldman, Ə.Mirzəliyev və K.Quliyev Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsini ləğv etdi. Bakı şəhəri Nizami rayon məhkəməsinin hakimi A.Abdullayevanın gizli çıxardığı qətnaməsini qüvvədə saxladı.
Ali Məhkəmənin hakimi T.Qoldman bilirdi ki, kassasiya şikayətini iddiaçı hesab olunanlar E.S.Mehdiyeva və Z.Y.Bayramov imzalamayıb. Ali Məhkəmənin hakimi T.Qoldman bilə-bilə Azərbaycan Respublikasının MPM-nin müvafiq maddələrini pozmuşdur.

Hörmətli Prezident!

Ali Məhkəmənin hakimlərinin 2 ay ərzində çıxardıqlaırı qərarlarının 4-nü Konstitusiya Məhkəməsi ləğv edib. Ali Məhkəmənin qanunsuz qərarlarını qəbul edənlərin peşəkarlığı yoxdursa işləməsinlər. Yox əgər bilə-bilə qanunsuz qərar qəbul edən hakimlər cinayət məsuliyyətinə cəlb olunmalıydı.
Mən Ali Məhkəmənin hakimləri T.Qoldman, Ə.Mirzəliyev və K.Quliyevin çıxardıqları qərarı saxtalaşdırması və qərarda böhtan qeyd etmələri barədə Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevə şikayət ərizələri ünvanlamışam. Mənim müraciətlərim Ali Məhkəmədən Bakı Apellyasiya Məhkəməsinə aidiyyatı üzrə baxılmaq üçün göndərilib.
“Məhkəmələr və hakimlər haqqında” qanunun 83-cü maddəsinə əsasən Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevin səlahiyyətlərinə aiddir, Ali Məhkəmənin hakimləri barədə tədbir görsün.

(Ardı var)

Hazırladı: İ.SABİRQIZI

Redaksiydan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.


Şərhlər

XƏBƏR LENTİ