SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qeyri-rəsmi məşğulluq işçiləri əmək və gələcək sosial təminat hüquqlarından məhrum edir

Qeyri-rəsmi məşğulluq işçiləri əmək və gələcək sosial təminat hüquqlarından məhrum edir

Tarix:

23-07-2019, 15:31

/ 795 dəfə oxundu.
Qeyri-rəsmi məşğulluq işçiləri əmək və gələcək sosial  təminat hüquqlarından məhrum edir

Əmək müqaviləsi işçi və işəgötürən arasında əmək münasibətlərinin hüquqi müstəvidə qurulmasına və qanuni mənafelərinin təmin olunmasına əsas yaradan sənəddir. Əmək münasibətləri əmək müqaviləsi olmadan yarandıqda isə qeyr-rəsmi xarakter daşıyır və hər iki tərəfi qanunvericilikdə nəzərdə tutulan hüquqlardan, xüsusilə də işçiləri əmək və gələcək sosial təminat hüquqlarından məhrum edir.
Bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin İmişli rayonunda işəgötürənlər üçün təşkil etdiyi maarifləndirmə tədbirində vurğulanıb. Tədbir “Qeyri-rəsmi məşğulluğun qarşısının alınması” və “İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi” mövzularında olub.
Tədbir zamanı qeyri-rəsmi məşğulluğun mənfi nəticələri barədə ətraflı məlumat verilib, işəgötürənlərin qeyri-rəsmi məşğulluğun qarşısının alınmasında səylərinin artırılmasının vacibliyi diqqətə çatdırılıb. Məzuniyyət və istirahət hüququ barədə də iştirakçılar ətraflı məlumatlandırılıb. Bildirilib ki, işçilərə hər ilin dekabr ayında növbəti iş ili üçün məzuniyyət qrafiki təsdiq edilir və bunun əsasında il ərzində işçilər əmək məzuniyyətinə buraxılırlar.
Əsas və əlavə məzuniyyətlər, onların müddətləri, sosial məzuniyyətlər barədə geniş məlumatlar verilib, suallar cavablandırılıb.Hər iki mövzu ilə əlaqədar maarifləndirici bukletlər paylanıb.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Şərhlər

XƏBƏR LENTİ