SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Sobsan Boya” şirkətinin rənglərinə boyanan Kardiologiya İnstitutu

"Sobsan Boya” şirkətinin rənglərinə boyanan Kardiologiya İnstitutu

Tarix:

19-07-2019, 10:01

/ 1 725 dəfə oxundu.
"Sobsan Boya” şirkətinin rənglərinə boyanan Kardiologiya İnstitutu

Yoldaş Şirəliyev elmlə biznesi məharətlə bir-birinə calaq eləyə bilib

Son vaxtlar bir çox media portallarında "Sobsan Boya” şirkətinin Şamaxı rayonunda qanunsuz yollarla ayrı-ayrı şəxslərin torpaqlarını zorla əllərindən alması, hətta vəfat etmiş şəxslərin adından etibarnamələr verməklə "çəpərləmələrinə” qanuni don geyindirməsi barədə araşdırma yazılar dərc edilmişdi. Bəhs olunan məqalələr ciddi rezonans doğurmuş, şirkətin əməlləri ictimai qınaqla qarşılanmışdı. Bu günlərdə redaksiyamıza "Sobsan Boya” şirkətinin səhiyyə sektoruna müdaxiləsi barədə ilginc məlumatlar daxil olub.

Soruşacaqsınız ki, "Sobsan” deyəndə adamın ağlına boya maddələri gəlir, lap uzaq başı Şamaxıda torpaqları zəbt etməsi yada düşür. Daha səhiyyə sistemi hardan çıxdı? Biz deyəndən sonra biləcəksiniz ki, məhşuri-cahan səhiyyəmiz necə "Sobsan Boya”ları ilə boyanıbmış...
Yadınıza salaq ki, ötən ilin sentyabrında Səhiyyə naziri O.Şirəliyevin əmri ilə Dadaşova Gülnaz Mahir qızı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edildi. Ötən müddət ərzində institutda hansı sular axıb, hansı dəyişikliklər olub deyə soruşsanız bu barədə bir dastan bağlamaq olar. İlk əvvəl ondan başlayaq ki, deyilənə görə kimsə Gülnaz xanımı inandırıb ki, bu institutda çalışan kişilərə tualet lazım deyil. Necə də olsa kişi xeylaqlarıdır,birtəhər dözərlər. Ol səbəbdən də Gülnaz xanım tualeti satıb başqalarına. Ümumiyyətlə institutda otaq-kabinet satmaq yaman dəbə düşüb. Əməkdaşlar qorxudan az qala kabinetlərində yatırlar ki, ey dili-qafil,bilmək olmaz gedərik evə,sabaha otağımızı satarlar başqalarına.
Daha sonra məlumat verirlər ki, Gülnaz xanım institutun əməkdaşlarına "pul əl çirkidir” mövzusunda tez-tez praktiki təcrübələr keçir. Belə ki, məlumat verilir ki, vaxtaşırı onlardan müxtəlif məbləğdə (1000 dollardan 10 min dollara qədər) xərac toplayır ki, əməkdaşlar çox da pula aludə olmasınlar.
Gülnaz xanımın institutdakı kadr siyasəti də özünəməxsusdur. Xoşuna gəlməyən və yaxud yerinə namizədi olan ştatlara təcrübəsi oldu-olmadı öz adamlarını təyin etdirir. Özü də bu zaman yuxarıda dediyimiz "əl çirki” prinsipindən istifadə olunur.Məlumat verilir ki, uzun müddətdən bəri Kardiologiya İnstitutunda böyük nüfuz sahibi olan tibb elmləri doktoru Baş elmi işçi, elmi katib Sona xanım Mamedovanı heç bir əsas olmadan işdən çıxartmaq məcburiyyətində qoymuşdur. Sona xanm da istəməsə də ərizəsini yazaraq işdən azad olmuşdur. O cümlədən, elmi işlər üzrə direktor müavini, Tibb elmləri doktoru Daşdəmirov Rəfael həkim də həmin aqibəti yaşamışdır.
Ümumiyyətlə verilən məlumata görə, Gülnaz xanımın özünün rüşvət, korrupsiya ifadələrindən xoşu gəlməsə də,instituta gəlişindən sonra bu əməllər yaman rəvac tapıb. Çoxlarının uzun müddətə keçdiyi yolu qısa vaxta qət etməyə qərar verən G. Dadaşova Bağdaddakı kor xəlifənin atasına rəhmət oxutdurur.
Bilirik ki, oxucularımız intizar içərisində gözləyirlər,bəlkə də əsəbləşiblər ki, bütün bu məsələlərə "Sobsan Boya” şirkətinin nə dəxli var? Axı onların işi boyamaq,uzaqbaşı torpaq zəbt eləməkdir. Daha onların institutda kişi tualetlərinin satılması rüsvayçılığına nə dəxli var? Var,yoldaşlar,cənablar,özü də möhkəm dəxli var! Çünki bütün bu əməllərə imza atan G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. Bu da hamısı deyil. Cənab nazir O.Şirəliyevin yeni qudası da "Sobsan Boya” şirkətinin əsas payçılarından,şəriklərindən biridir. Beləcə cənab nazir özü istəməsə də "Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalıb və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu ağ rəngə boyanıb. Nəhayətdə yoldaş Şirəliyev elmlə biznesi məharətlə bir-birinə calaq eləyə bilib. Amma,bu calaq nəticəsində rənglər bir-birinə yaman qarşıb. Rəngləri bu qədər niyə tündləşdirirlər,biz də bilmirik...

Aktual.az

Şərhlər

XƏBƏR LENTİ