XalqXəbər.Az

“Strateji əməletmə planlaşdırılmasına BƏT-in yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti” mövzusunda konfrans keçirilir

yüklənir...
“Strateji əməletmə planlaşdırılmasına BƏT-in yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti” mövzusunda konfrans keçirilir
11-07-2019, 13:06
yüklənir...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı, sosial tərəfdaşların iştirakı ilə “Strateji əməletmə planlaşdırılmasına BƏT-in yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti” mövzusunda konfrans öz işinə başlayıb.
Konfransı giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizin BƏT-lə çoxşaxəli əməkdaşlıq gündəliyinə malk olduğunu qeyd edib. O bildirib ki, hökumət, eləcə sosial tərəfdaşlar olan həmkarlar təşkilatları və işəgötürənlər BƏT-lə siyasi dialoq, qanunvericiliyin təkmilləşdirilməsi və praktiki layihələrin icrası istiqamətində birgə fəaliyyət göstərirlər. Azərbaycan hökumətinin 2017-ci ildə BƏT-in İdarə Heyətinin üzvü seçilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi islahatlar proqramına beynəlxalq səviyyədə yüksək dəyər verilməsinin növbəti bir göstəricisi olub. Bunun nəticəsi kimi, ölkəmiz hazırda BƏT tərəfindən müvafiq sahələr üzrə mühüm qərarların qəbul edilməsi prosesində yaxından iştirak edir. Həmçinin Azərbaycan BMT-nin 8-ci Dayanıqlı İnkişaf Məqsədi (layiqli əmək) üzrə BƏT-in fokus ölkəsi müəyyən edilib. Əlamətdar haldır ki, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı Azərbaycan Respublikasının gələn həftə Nyu-York şəhərində keçiriləcək BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda təqdim edəcəyi 2-ci könüllü hesabatda ölkəmizin beynəlxalq təşkilatlarla, o cümlədən BƏT-lə əməkdaşlığı da əksini tapır.
Azərbaycanın BƏT-in 57 Konvensiyasına qoşulduğunu qeyd edən nazir müavini bildirib ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) fəaliyyətinin təkmilləşdirilməsi, potensialının gücləndirilməsi istiqamətində də BƏT-lə davamlı əməkdaşlıq həyata keçirilir. Məlum olduğu kimi, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq subyektlərində aparılan yoxlamalar 1 yanvar 2021-ci il tarixədək dayandırılıb. Xidmət tərəfindən, vətəndaşlardan, müəssisə təşkilat, dövlət orqanlarından daxil olan şikayət ərizələri və müraciətlər bu Qanunun tələblərini nəzərə alaraq icra olunur.
M.Kərimli DƏMX-in fəaliyyəti barədə məlumat verib, bildirib ki, cari ilin birinci yarımilində Xidmət vətəndaşlardan daxil olmuş 3964 şikayət məzmunlu ərizəni, eləcə də hüquqi şəxslərin 3016 məktubunu araşdıraraq cavablandırıb, 708 vətəndaş isə fərdi qaydada qəbul edilib.
Nazir müavini DƏMX tərəfindən hər bir müraciətin qanunvericlik çərçivəsində araşdırılaraq cavablandırıldığını deyib, müraciətlərin araşdırılması zamanı aşkar edilmiş hüquq pozuntularının aradan qaldırılması üçün görülən tədbirləri diqqətə çatdırıb. Bildirib ki, Xidmətin potensialının və fəaliyyətinin səmərəliliyinin artırılması üçün risk əsaslı nəzarət və müasir metodologiya və qaydalara əsaslanan təkmil mexanizmin yaradılması, zəruri institusional bazanın hazırlanması məqsədlə 2019-cu ilin əvvəlindən Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığa başlanıb. Digər vacib bir məqam ölkəmizdə Əməyin Mühafizəsi Fondunun yaradılması ilə bağlıdır. Bu Fondun məqsədi ölkədə əməyin mühafizəsi sahəsində vahid dövlət siyasətinə uyğun olaraq həyata keçirilən əməyin mühafizəsi tədbirlərinə maddi-texniki dəstək verməkdən ibarət olacaq. Eyni zamanda, BƏT-in “Əməyin təhlükəsizliyi və gigiyenası və iş mühiti haqqında” 155 saylı Konvensiyanın ratifikasiya edilməsi üçün məsləhətləşmələrə başlanıb.
M.Kərimli diqqətə çatdırıb ki, bu konfransda müzakirə ediləcək BƏT konsepsiyası əmək qanunvericiliyinə əməl olunmasına nəzarət məsələsinə ənənəvi reaktiv yanaşma əsasında deyil, strateji əməletmə modeli əsasında baxmaq imkanı verir. Həmin konsepsiyanın tətbiq olunmasına sosial tərəfdaşlıq ruhunda, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyasında digər bütün maraqlı tərəflər cəlb olunmaqla baxılması məqsədəuyğun olardı.
Nazir müavini əməyin təftişi sahəsində strateji əməletmənin planlaşdırılmasına həsr olunan bu konfrans çərçivəsində əməyin təftişinə BƏT-in yanaşması, strateji əməletmənin prinsipləri və elementləri, Azərbaycan Respublikasında əmək qanunverciliyinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlər barədə geniş müzakirələrin aparılacağını diqqətə çatdırıb.
Konfransın açılışında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Əmək Administrasiyasının Əməyin təftişi, əməyin təhlükəsizliyi və sağlamlığı idarəsinin əməkdaşı Joaquim Pintaqo Nunes çıxış ediblər.
İki gün davam edəcək konfransın gündəliyinə “Əməyin təftişi üzrə BƏT-in yanaşması”, “Azərbaycanda əməyin təftişi sistemi”, “Əmək müfəttişliyi üzrə BƏT-in strateji əməletmə planlaşdırması”, “Əməyin idarə olunması və formal məşğulluğa keçid” və digər mövzularda sessiyaların keçirilməsi, məruzə və təqdimatların edilməsi, geniş müzakirələrin aparılması daxildir.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ
“Strateji əməletmə planlaşdırılmasına BƏT-in yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti” mövzusunda konfrans keçirilir
“Strateji əməletmə planlaşdırılmasına BƏT-in yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti” mövzusunda konfrans keçirilir
“Strateji əməletmə planlaşdırılmasına BƏT-in yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti” mövzusunda konfrans keçirilir
“Strateji əməletmə planlaşdırılmasına BƏT-in yanaşması. Əməyin təftişi və məşğulluq siyasəti” mövzusunda konfrans keçirilir

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.