SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Cari ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxsləri 13907 reabilitasiya vasitəsi ilə təmin edib

Cari ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxsləri 13907 reabilitasiya vasitəsi ilə təmin edib

Tarix:

2-07-2019, 18:49

/ 936 dəfə oxundu.
Cari ilin 6 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxsləri 13907 reabilitasiya vasitəsi ilə təmin edib

2019-cu ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 5126 əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərib.
Onlardan 605 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Qeyd olunan dövrdə Mərkəz tərəfindən əlilliyi olan şəxslərə 616 əlil arabası, 569 aşağı və yuxarı ətraf, habelə döş protezi, 585 aşağı və yuxarı ətraf ortezi, 2724 müxtəlif reabilitasiya vasitəsi, bel və boyun nahiyəsi üçün 115 korset, 529 cüt protez ayaqqabı, 2556  cüt ortopedik ayaqqabı, 513 dördayaqlı dayaq vasitəsi verilib. Əlilliyi olan şəxslər həmçinin 1314 qoltuqaltı və dirsəkaltı ağac, 935 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.
Ümumilikdə, 2019-cu ilin yanvar-iyun aylarında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə 13907 reabilitasiya vasitəsi verilib, 364 nəfərə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Şərhlər

XƏBƏR LENTİ