SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib

Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib

Tarix:

2-07-2019, 16:29

/ 1 219 dəfə oxundu.
Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib

Xırdalan şəhərində Azərbaycan polisinin yaranmasının 101-ci ildönümü və polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

Daxil olan məlumata görə, yığıncaqda rayon hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova və digər rəsmi şəxslər, veteran polislər iştirak ediblər.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər.

Abşeron Rayon Polis İdarəsində keçirilən tədbirdə vətən uğrunda və cinayətkarlıqla mübarizədə həlak olmuş polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik edib, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə ictimai asayişin və qanunun keşiyində ayıq-sayıq dayanmaq kimi şərəfli missiyanı Azərbaycan polisinin ləyaqətlə yerinə yetirdiyini vurğulayıb.

Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova tərəfindən fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr verilib.
Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib
Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib
Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib

Şərhlər

XƏBƏR LENTİ