SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sahil Babayev sabiq nazirin kadırına yüksək vəzifə verdi

Sahil Babayev sabiq nazirin kadırına yüksək vəzifə verdi

Tarix:

2-07-2019, 13:41

/ 907 dəfə oxundu.
Sahil Babayev sabiq nazirin kadırına yüksək vəzifə verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qurumun sosial təminat siyasəti şöbəsinə yeni müdir təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə Babək Hüseynov ƏƏSMN-nin Sosial təminat siyasəti şöbəsinin müdiri təyin olunub.
Qeyd edək ki, B.Hüseynov bundan əvvəl sosial təminat siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Sabiq nazir Füzuli Ələkbərovun ən yaxın adamlarından sayılır.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin mətbuat katibi Fazil Talıbovun mövqeyini öyrənməyə çalışsaqda, o, zənglərimizə cavab verməyib.

Şərhlər

XƏBƏR LENTİ