SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Pulsuz dərman verilən hepatitli xəstələrin sayı açıqlandı

Pulsuz dərman verilən hepatitli xəstələrin sayı açıqlandı

Tarix:

24-03-2017, 09:36

/ 1 908 dəfə oxundu.
Pulsuz dərman verilən hepatitli xəstələrin sayı açıqlandı

Ötən il Azərbaycanda B və C hepatit xəstəliklərindən əziyyət çəkən 1766 xəstəyə dövlət tərəfindən pulsuz dərman preparatı verilib.

Bu, “Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabat”ında qeyd edilib.

Hesabatda deyilir ki, B və C hepatit xəstəlikləri ilə mübarizə tədbirlərinin gücləndirilməsi, xəstələrin qeydiyyatının yaxşılaşdırılması, müalicəsinin təkmilləşdirilməsi məqsədi ilə Səhiyyə Nazirliyində yaradılan müvafiq komissiya tərəfindən 2648 xəstə müayinə olunub. Onlardan 1766 nəfəri pulsuz dərman preparatları ilə müalicəyə cəlb edilib.
B hepatit xəstəliyinə qarşı tətbiq edilmiş peyvənd nəticəsində xəstəlik halları 14 yaşına qədər uşaqlar arasında praktik olaraq, qeyd olunmur.

Şərhlər

XƏBƏR LENTİ