SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » NARAHATLIQ: Bakıdakı məktəblər nəzarətə götürüldü

NARAHATLIQ: Bakıdakı məktəblər nəzarətə götürüldü

Tarix:

18-01-2017, 14:13

/ 1 796 dəfə oxundu.
NARAHATLIQ: Bakıdakı məktəblər nəzarətə götürüldü

Qrip virusunun kütləvi yayılması ilə əlaqədar Bakıdakı orta məktəblər nəzarətə götürülüb.

Daxil olan məlumata görə, ərazi üzrə səhiyyə müəssisəsinin əməkdaşları məktəblərdə qrip virusunun yayılma dərəcəsi ilə tanış olub.

Məktəblərdə siniflər üzrə aparılan müşahidələrin nəticələri ümumiləşdirilib. Tibb işçiləri vəziyyətin ciddiliyini nəzərə alaraq sinif rəhbərlərinə və şagirdlərə müəyyən tapşırıqlar veriblər.

Qripə yoluxan şagirdlərə dərsə gəlməmələri, qoruyucu maskalardan kütləvi istifadə tapşırılıb. Eyni zamanda sinif rəhbərlərinə xəbərdarlıq olunub ki, xəstə halda məktəbə gələn şagirdlər kollektivdən kənarlaşdırılmalıdır.

Qeyd edək ki, bu günlərdə Səhiyyə Nazirliyi H3N2 qrip virusunun Azərbaycanda aşkar edilməsi ilə bağlı məlumat verib.

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ