XalqXəbər.Az

Azərbaycandakı anormal təhsil sisteminə şərh – Dünyada analoqu yoxdur

Azərbaycandakı anormal təhsil sisteminə şərh – Dünyada analoqu yoxdur
10-06-2019, 15:55

“Bu gün Azərbaycanda təhsil sahəsində bitib-tükənməyən ciddi problemlərin fonunda dərs ilinin nə vaxt başlayıb, sona çatması elə də önəmli məsələ deyil. Çünki dərsliklərin məzmunundan tutmuş, forma və keyfiyyətinə, hər dərsliyə dair bir neçə əlavə vəsaitin nəzərdə tutulmasına, tədris keyfiyyətinin aşağı olması qədər xeyli həlli vacib problemlər var”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, hazırda məktəblərdə tətbiq edilən kitabların tədrisi və mənimsənilməsi üçün bir dərs ili deyil, heç iki dərs ili də çatmaz:

“Amma bunlarla bərabər dərs ilinin gec başa çatması da problemləri artıran səbəblərdəndir. Ölkənin orta ümumtəhsil məktəblərinin dərsləri iyunun 15-nə kimi uzatmağa xüsusi lə şəraiti yoxdur. Orta məktəblər kondisioner və soyuducu cihazlarla təmin olunmayıb. ABŞ-da birincilərin bərabər məktəbə getdiyi müəyyən bir gün yoxdur. İş ondadır ki, bir çox Amerika məktəbləri tədris ilinin başlanacağı günü seçməkdə sərbəstdirlər, sadəcə qaydalara görə müəyyən müddət ərzində məktəb qapılarını uşaqların üzünə açmalıdırlar.

Bu, avqust ayının ortasından sentyabr ayının ortasına qədərdir, eləcə də 180 günlük tədris ili planını yerinə yetirməlidirlər (tədris ilinin sonu may-iyun ayına düşür). Yeri gəlmişkən bütün birincilər məktəbə gəlmir, çünki onlarda “home schooling” evdə təhsil anlayışı da mövcuddur. Bununla yanaşı evdə yalnız xəstə deyil, eləcə də tam sağlam uşaqlar da qalır. Pedaqoq rolunda uşaqların valideynləri çıxış edir, onlar proqram təqdim etməli və uşaqlarının müvəffəqiyyətlərinin hesabatını verməlidirlər.

Orta hesabla dərslər 8-9 arası başlayır, sonra isə uşaqların 5-6 dərsi olur. Dərslərin müddəti 55 dəqiqə olur, bu dərslərin arasında bir saatlıq lanç olur, bu uşaqlara 15.00-dan 16.00-a qədər çəkən dərs gününün sonuna qədər dözmək üçün lazımdır.

İbtidai sinifdə qiymətlər verilmir, bu, pedaqoji hesab edilmir. Yapon birinciləri dərsə aprelin əvvəli gedirlər – məhz ilin bu vaxtı hava şəraiti əlverişlidir, nə isti, nə də ki soyuqdur. Bilik Günündə 6 yaşı tamam olan yaponlar ilk dəfə məktəbə gedirlər. Bu gündə balacaları məktəb müəllimləri salamlayır, valideynlərə nə almaq lazım olduğunu söyləyir, heç bir dərs keçirilmir və artıq günün ortasında hamı evə gedir.

Sonra isə valideynlərin və balacaların hazırlaşmaq üçün bir həftə vaxtı olur. Yaponiyada ibtidai məktəb 6 il çəkir, sonra 3 il orta siniflər. Bununla da icbari təhsil başa çatır. Arzu edənlər 3 il daha təhsil ala bilərlər. Beləliklə, cəmi 12 il”.

Ekspert əlavə edib ki, Yaponiyada tədris ili üç smestrə bölünür və yapon məktəbində dərslər səhər saat 8-də başlayır, 3-4 dərs keçilir, sinifdə 35-40 uşaq olur, dərslərin müddəti isə 50 dəqiqədir:

“Bundan sonar nahar bir saat çəkir, sonra daha 2 dərs keçirilir. Bu rejimdə uşaqlar iyulun 20-nə qədər oxuyurlar, yəni bir smestr və 31 avqusta kimi tətilə gedirlər. Sentyabrın birində yapon uşaqlarında ikinci semestr start götürür, bu semestr dekabrın 23-nə kimi çəkir, sonra üçüncü, 8 yanvardan 20 marta kimi. Yeri gəlmişkən bildirim ki, siniflər arasında tətillər çox qısadır 3 həftəyə yaxın. Bu baxımdan bizim şagirdlərin bəxti gətirib, yorucu dərs ilindən sonra daha çox dincələ bilirlər. İslandiya şagirdlərində dərs ili avqustun sonunda başlayır və onlar 180 gün dərs keçirlər. İslandiyada ibtidai məktəb 7 sinifdən ibarətdir, burada bütün dərsləri bir müəllim tədris edir”.

K.Əsədovun sözlərinə görə, dərslərin sentyabrın 1-də başlayıb mayın 30-da bitməsinin uşaqlara daha çox faydası var, nəinki iyunun ortasında bitməsinin:

“Şagirdlərin gərgin dərs ilindən sonra istirahət etməsinə böyük ehtiyac var. Təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsini onun müddətinin uzadılması ilə həll etmək nəinki yeganə yol, o qədər də uğurlu variant deyil. Müddət təhsilin keyfiyyəti üçün heç də həmişə əvəzedilməz meyar sayıla bilməz. Məsələn, bizim 6 yaşlı uşağı məktəbə göndərməyimizə rəğmən, dünya təhsilində nümunə sayılan Finlandiyada uşaqlar məktəbə 7 yaşdan gedir və s.

Beynəlxalq təcrübəni əsas götürürüksə, bildiyim qədər, dünyanın müxtəlif ölkələrində dərs ilinin başlama və başa çatması tarixləri, ənənəvi olaraq, iqlimdən və dərs yükündən asılı olmayaraq müxtəlifdir. Məsələn, Rusiyada ənənəvi olaraq 1 sentyabr “Bilik günü”dür. Məktəblilərin tətilə yollandığı tarix isə mayın 25-dir. Gürcüstanda dərs ili sentyabrın 10-dan sonra gələn ilk bazar ertəsi günü başlayır.

İranda və Türkiyədə də dərslər sentyabrda başlayıb iyun ayında başa çatır. Beynəlxalq təhsil standartları da günü-gündən ağırlaşır. Ümumiyyətlə, təhsil dialektikasının qanunudur ki, təhsil standartları daim yenilənməlidir. Mənə elə gəlir ki, nazirlik bunu nəzərdə tutur. Müşahidə etdiyimiz ölkələrin heç birində sentyabrın 15-də dərs başlamır. Hamıda sentyabrın 1-də başlayır, may ayının 25-də bitir. Məsələ bundadır ki, mövzular məlumdur və elə mövzular var ki, həftədə 2-3 dəfə tədris olunmalıdır ki, keyfiyyətli tədris alınsın. İndi onu həftədə 1 dəfə tədris edirlər ki, keyfiyyətdən söhbət belə gedə bilməz. Beynəlxalq standartlarda dərslərlə bağlı müəyyən tədris zamanı nəzərdə tutulub. Bəzən isə zaman bu standartlara əməl etməyə imkan vermir. Sentyabrın 15-dən başlayan və may ayının sonunda bitən dərs ilində o standartları tətbiq etmək mümkün deyil”.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.