SON DƏQİQƏ
XalqXeber.Az » Sosial »  "Amma haqsız pul tələbidir axı..." - Gömrükdən GİLEY

 "Amma haqsız pul tələbidir axı..." - Gömrükdən GİLEY

Tarix:

20-05-2019, 09:22

/ 938 dəfə oxundu.
 "Amma haqsız pul tələbidir axı..." - Gömrükdən GİLEY

"6 il idi Türkiyədə yaşayırdım. Oğlumla vətənə dönmək qərarına gəldik. Amma bizi vətənimizdə heç də yaxşı qarşılamadılar. "Sınıq Körpü” Sərhəd-Keçid Məntəqəsində bütün əşyalarımızı əlimizdən aldılar. Dedilər ki, filan qədər verməsəniz, buraxa bilmərik". Bu barədə vətəndaş Xanım Şabanova belə deyib.

Onun sözlərinə görə, gətirdikləri əşyaların kilosu çox olsa heç biri yeni deyil: "Əsasən, geyim, mələfə-çexol, dəsmal, bir az qab-qacaq və s. Hərəmizə də 150 kilo düşürdü. Biz bura gələnədək gürcü sərhəddini də keçmişik. Onlar bizə heç nə demədilər. Mən qanunu çox yaxşı bilirəm. Bilirəm ki, satış məqsədi ilə gətirilməyən, şəxsi əşyaların sərhəddən keçirilməsi üçün pul ödəməməliyik. Onların bizdən istədikləri qanunsuzdur və rüşvətdən başqa bir şey deyil".

Ailə pul ödəmədiyi üçün əşyalarını "Sınıq Körpü”də saxlayıblar: "Dedilər ki, nə zaman pulu gətirərsiniz, onda əşyalarınızı apara bilərsiniz. İnanın, aylardır qalmışam bacı-qardaş, qohum qapısında. Özümüzə ev tutmaq istəyirik, oğlum hərbi akademiyaya imtahan verməlidir. Heç nəyi alındıra bilmirik. Elə bil havada qalmışıq. Köçüb vətənimizə gəlmişik, heç cürə yerləşə bilmirik. Özümüzü yad kimi hiss etdirirlər. Əşyalarımız olsa, kirayə ev tutar, içinə yığışarıq. Ancaq əşyalarımızı vermək istəmirlər. Hələ utanmadan bizdən rüşvət tələb edirlər".

X.Şabanova deyir ki, bu müddət ərzində bir dəfə Dövlət Gömrük Komitəsinə ərizə ilə müraciət edib. Ordan da çağırıb deyiblər ki, o əşyaları oradan götürmək üçün minimum 1000 manatdan keçməlisiniz: "Əgər haqlı istək olsa, əlbəttə, o pulu ödəyərəm. Amma haqsız pul tələbidir axı. Ona görə də mən heç bir qəpik də ödəmək istəmirəm. Həm də rüşvət verməyin əleyhinəyəm. Bu işdə qanunlar mənim tərəfimdədir".

Şərhlər

XƏBƏR LENTİ