SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda Asif Lalayevin sərgüzəştləri

Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda Asif Lalayevin sərgüzəştləri

Tarix:

18-05-2019, 14:24

/ 1 293 dəfə oxundu.
Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunda Asif Lalayevin sərgüzəştləri

Redaksiyamıza müraciət edən Məlikov Əsədağa Aslan oğlunun müraciətini təqdim edir:

"Hörmətli redaksiya! Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun təsərrüfat müdiri Asif Lalayevin müəssisədə bu günə qədər törətdiyi qanun pozuntuları, işçilərin əmək məcəlləsilə iş saatlarının pozulması və baş verən qanun pozuntuları ilə əlaqədar İnstitutun baş həkimi Həqiqət Qədirovaya şikayət etdik. 15 ildir həmin institutda qazanxana operatoru işləyirəm.

Bundan sonra Asif Lalayevin çirkin əməllərinin üstü açılsa da o əməllərinə son qoymaq əvəzinə heç bir qanuna sığmayan 240 saat işləməyimizə baxmayaraq bütün qazanxana operatorlarına 156 saat yazdırmış və əzablı, məsuliyyətli işimizin 84 saatını mənimsəmişdir.

İnstitutun təsərrüfat müdiri Asif Lalayevə qazanxanada olan problemləri dəfələrcə desək də o, buna heç zaman məhəl qoymamış, dövlət tərəfindən ayrılan vəsaitləri şəxsi maraqlarına xərcləmişdir".

Daha sonra daxil olan müraciətdə deyilir: "İradımızı bildirdikdə bütün işçilərə hara və kimə istəyirsiniz şikayət edin və gələn aydan sonra maaşlarınız daha da azalacaq. A.Lalayev hamıya kobud və hədə-qorxu gəlir. Qazanxananın hal-hazırkı durumu acınacaqlıdır.

Su çənlərində su sızmaları nəticəsində hər dəfə su anbarlarını yoxlamaq üçün getdiyimizdə soyuq havalarda əynimiz su içində gələrək (su sızmalarının video çəkilişi mövcuddur) bir gün artıq özümüzün vərəm xəstəsi olacağımıza heç şübhəmiz yoxdur.

Asif Lalayevin institutda təsərrüfat müdiri vəzifəsindən başqa kadrlar şöbəsinin iş fəaliiyətini də üzərinə götürmüşdür. İşə daxil olmaq istəyənlər Asif Lalayevə baxım görüm etməlidirlər. Hər vəzifənin öz rüsumu var: Qapıda dayanan mühafizə ilk işə götürüləndə 200 manat (qapıdan yığılan aylığın 35 manatı A.Lalayevə çatır), Qazanxana operatoru vəzifəsi: 400 -500 manat, Bağban-150 manat.

Şikayət və qanun pozuntularını bilə-bilə hələ də A.Lalayevə bu şəraitin yaradılması, onun hegomon əməllərinin qarşısının alınmamasına, institutun direktoru H.Qədirovanın heç bir ölçü götürməməyi bizdə şübhə yaradır".

İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...

Dia.az

Şərhlər

XƏBƏR LENTİ