XalqXəbər.Az

Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir

yüklənir...
Hacı İbrahim Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir təhvil vermir
18-05-2019, 10:44
yüklənir...

“Avesta” şirkətinin prezidenti Hacı İbrahim Nehrəmli Nazirlər Kabinetinin sifariş etdiyi binanı 7 ildir tikib təhvil veriə bilmir.

“Qafqazinfo”ya müraciət edən sakin Fuad İsmayılzadə bildirib ki, Həsən bəy Zərdabi küçəsi 74 ünvanında yerləşən, 2012-ci ildə tikintisina başlanılan və 3 ilə təhvil verilməsi nəzərdə tutulan binada işlər hələ də tamamlanmayıb:

“Bina Nazirlər Kabinetinin sifarişi ilə onun əməkdaşları üçün tikilib və mənim atam həmin qurumda işlədiyi üçün biz də endirimli qiymətlə oradan mənzil almışıq. Amma 2017-ci ildən bəri binada işlər dayanıb, Fövqəladə Hallar Nazirliyi bir neçə dəfə binanı təhvil götürmək üçün gəlib və yoxlayıb, işlər tamamlanmadığı üçün sənəd verilməyib. Binada 4 lift var, 3-ü ümumiyyətlə işləmir, biri də tez-tez xarab olur, balkonların şüşələri qoyulmayıb və kommunikasiya ilə bağlı başqa işlər qalıb. 2017-ci ildən sonra isə demək olar ki, ümumiyyətlə, işlər dayanıb”.

Həmin binanın tikintisi üzrə layihə rəhbəri Qurban Əhmədov bildirib ki, hazırda binada görülən işlərin ekspertizası ilə bağlı Fövqəladə Hallar Nazirliyindədir: “Binada işlər davam etdirilir, təxminən 95 faiz iş görülüb, xırda işlər qalıb. Daxili kommunikasiya xətləri çəkilib, onların ana xəttə birləşdirilməsi qalıb. Binada bəzi mənzillərdə yaşayış var, bəzilərində yoxdur. Binaya köçən sakinlər kommunal xətlərdən istifadə edirlər. Bu ilin sonuna kimi binanın tam təhvil verilməsi nəzərdə tutulub”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.