SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 2350 şəhid üzrə 3413 vərəsəyə də birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edildi

2350 şəhid üzrə 3413 vərəsəyə də birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edildi

Tarix:

3-05-2019, 10:59

/ 616 dəfə oxundu.
2350 şəhid üzrə 3413 vərəsəyə də birdəfəlik ödəmə  verilməsi barədə qərar qəbul edildi

Bu vaxta qədər 8688 şəhidin 12685 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında daha 2350 şəhid üzrə 3413 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib.
Onların siyahısı birdəfəlik ödənişin həyata keçirilməsi üçün aidiyyəti quruma göndərilib və birdəfəlik ödəmələrin 7 iş günü ərzində həmin vərəsələrin bank hesablarına köçürülməsi nəzərdə tutulur.
Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan artıq 70 faizdən çox hissəsinin, yəni 8688 şəhidin 12685 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Şərhlər

XƏBƏR LENTİ