XalqXəbər.Az

Müharibə veteranından Mehriban Əliyevaya müraciət: - "Xahiş edirəm mənə kömək edin”

Müharibə veteranından Mehriban Əliyevaya müraciət: - "Xahiş edirəm mənə kömək edin”
30-04-2019, 15:38

Qarabağ müharibəsi veteranı, hüquqşünas Tofiq Hüseynov 5 ildir yataq xəstəsidir. Keçirdiyi ağır yol qəzasında boyun nahiyəsində 6 və 7-ci fəqərələrin qırılması nəticəsində bədəni iflic vəziyyətə düşüb. Ciddi reabilitasiya və müalicəyə ehtiyyacı var.

Yenicag.az-a danışan T.Hüseynov deyir ki, tam sağalıb ayağa qalxma ehtimalı yüksəkdir.

“Türkiyənin İstanbul şəhərində yerləşən Liv Hospitalında xəstəliyimin müalicəsi var, lakin maddi imkanım olmadığı üçün müalicəmi davam etdirə bilmirəm”.
Tofiq Hüseynov müalicəsi ilə əlaqədar Azərbaycan Respublikası I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.

Müraciəti olduğu kimi dərc edirik:

“Hörmətli Mehriban xanım!

Mən 3 mart 1973-cü ildə anadan olmuşam. Qarabağ müharibəsi iştirakçısıyam, 1992-96-cı illərdə Ağdam-Fizuli istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Ali təhsilli hüquqşünasam. Ədliyyə Nazirliyinin Qaradağ rayon icra şöbəsində icra məmuru vəzifəsində işləmişəm. Ailəliyəm, iki qız övladım var. 9 yaşlı qızım Hüseynzadə Arzu autizm xəstəliyindən əziyyət çəkir. 1 yanvar 2014-cü ildə qızımı qonşu ölkələrdən birinə müalicəyə apararkən Salyan rayonu ərazisində avtomobil qəzasına uğramışıq, ağır bədən xəsarətləri almışam.

Son zamanlar cənab prezident İlham Əliyevin və sizin rəhbərliyinizlə əlillərə, müharibə veteranlarına, imkansızlara, jurnalistlərə sonsuz dəstək nümayiş olunur.

Xahiş edirəm ki, müalicə olunmağım üçün lazımi tapşırıqlar və göstərişlər verəsiniz.

Xahiş edirəm mənə kömək edin.
Hüseynov Tofiq Əvəz oğlu
+994 50 856 04 75
+994125697474
Bakı şəh, 6 MKR, İ. Həşimov küç, ev8.скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.