XalqXəbər.Az

“Buta Airways”-də özbaşınalıq: “Aviabiletlər saytda və kassada fərqli qiymətlərlə satılır”

yüklənir...
“Buta Airways”-də özbaşınalıq: “Aviabiletlər saytda və kassada fərqli qiymətlərlə satılır”
20-04-2019, 15:59
yüklənir...

Redaksiyamıza müraciət edən “Buta Airways”in müştərisi olmuş vətəndaş aviaşirkətin etdiyi tələb və təkliflərdən şikayətçidir.


Müştəri bildirib ki, aviabiletin alınması üçün hər şəxsə aid bank kartı tələb olunur: “Eləcə də, aviabiletlər Buta Airways”in rəsmi saytında (onlayn qaydada) və kassada fərqli qiymətlərlə satılır. Nəticədə sərnişinlər müxtəlif problemlərlə üzləşirlər. Tələb və təklifin AZAL-dan fərqi yoxdur”.

Məsələ ilə bağlı “Buta Airways” aviaşirkətdən bizimyol.info-ya bildirib ki, satış ofislərində yalnız 10 kq-a qədər əl yükü, 23 kq-a qədər baqaj və hava limanında pulsuz qeydiyyatın daxil olduğu “Super” tarifi üzrə aviabiletləri əldə etmək mümkündür. Daha münasib “Büdcə” və “Standart” tarifləri üzrə aviabiletləri yalnız aviaşirkətin rəsmi saytında əldə etmək mümkündür.

Xanımın başqa şəxsin kartı ilə aviabilet almaq mümkün olmadığı haqda ittihamları düzgün deyildir. Hər kəs üçün ayrıca kart açdırmaq tələb olunmur. Aviabiletin dəyərini digər şəxsin bank kartı ilə ödəmək mümkündür. Aviabiletin dəyərinin ödənilməsi üçün istifadə olunan kartın məlumatları ilə sərnişinin adı və soyadı arasında uyğunluq olmadığı hallarda qeydiyyat masasının əməkdaşları kredit və ya debet kartını (və ya onun üz tərəfinin surətini) və kart sahibinin şəxsiyyət vəsiqəsinin surətini təqdim etməyi xahiş edə bilərlər. Bu, ilk növbədə təhlükəsizlik tədbiridir.

Uğursuz əməliyyatdan sonra isə videoda qeyd edildiyinin əksinə, yeni kart açdırmağa ehtiyac yoxdur. Çağrı mərkəzimizə elektron ünvan (e-mail) vasitəsi ilə müraciət etmək kifayətdir ki, mütəxəssislərimiz kartı blokdan çıxartmağa yardımçı olsunlar”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.