SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mətin Hüseynov xanım müavinə görə işdən çıxarıldı? - İDDİA

Mətin Hüseynov xanım müavinə görə işdən çıxarıldı? - İDDİA

Tarix:

12-04-2019, 11:53

/ 1 422 dəfə oxundu.
Mətin Hüseynov xanım müavinə görə işdən çıxarıldı? - İDDİA

Səbail rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Mətin Adil oğlu Hüseynov öz istəyi ilə vəzifədən azad edilib.

Bunu Axar.az-ın sorğusuna cavab olaraq Səbail rayon İcra Hakimiyyətindən bildiriblər. İcradan verilən məlumata görə, İH-in mətbuat katibi M.Hüseynovun vəzifəsindən ayrılmasına səbəb sağlamlıq problemidir:

“Mətin Hüseynovu heç kəs vəzifəsindən azad etməyib. O öz istəyi ilə ərizə yazaraq istefa verib. Səbəb isə səhhətindəki problemdir”.

İcaradan bildirilib ki, M.Hüseynovun vəzifədən uzaqlaşdırılmasının 162 nömrəli məktəbdə baş verən olayda adı hallanan icra başçısının müavini Xalidə Bayramova ilə heç bir əlaqəsi yoxdur:

“Mətin Hüseynovun bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Xalidə xanım Bayramova ilə bağlı isə heç bir məlumata sahib deyilik”.

Qeyd edək ki, Səbail rayon icra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Mətin Adil oğlu Hüseynov tutduğu vəzifədən azad edilib. Unikal.rog onun yerinə Anar Eldar oğlu Hüseynovun təyin edildiyini yazıb.

Şərhlər

XƏBƏR LENTİ