XalqXəbər.Az

İST Petrol brendi altında qanunsuz fəaliyyət – “ÇİRKLİ PULLARIN YUYULMASI” İFŞA OLUNUR

İST Petrol brendi altında qanunsuz fəaliyyət – “ÇİRKLİ PULLARIN YUYULMASI” İFŞA OLUNUR
9-04-2019, 16:42

Yanacaq doldurma stansiyalarında "çirkli pulların yuyulması” prosesi gedir

Məlum olduğu kimi azad rəqabət hər zaman bazar iqtisadiyyatının inkişafı yönümündə əsas hərəkətverici qüvvələrdən biri kimi çıxış edib. Bir tərəfdən, rəqabət istehsalçı şirkətlərin istehlak bazarı uğrunda mübarizəsini stimullaşdırır. Bu mübarizədə qalib gəlmək üçünsə həmin şirkətlər əslində istehlakçıların mənafeylərinə xidmət edən amilləri getdikcə daha çox tətbiq etməyə başlayırlar. Nəticədə bazara çıxarılan məhsulların satış qiymətləri düşür, keyfiyyət göstəriciləri yüksəlir və sairə. Təbii ki, rəqabət prinsiplərinin işləməsi üçün təqdim olunan məhsulun istehsalçılarının sayı artmalıdır. Yalnız bu halda istehsalçı şirkətlər arasında rəqabətdən söhbət gedə bilər. Bu qaydalar iqtisadiyyatın istisnasız olaraq bütün sahələrinə şamil edilir. O cümlədən bu gün ölkə ərazisində fəaliyyət göstərən yanacaq doldurma stansiyaları da istehlak bazarı uğrunda mübarizədə ən müxtəlif üsullara əl atmalı olurlar. Belə ki, müxtəlif uduşlu kampaniyaların keçirilməsi, müəyyən pulsuz xidmətlərin göstərilməsi də müştərilərin cəlb olunması üçün tətbiq olunan aksiyalardandır. Aydındır ki, bu sahədə bazara daxil olan hər bir yeni brend dərhal istehlakçıların, nəzərdən keçirdiyimiz halda avtonəqliyyat vasitəsi sahiblərinin diqqətini cəlb etməyə bilməz. Elə IST Petrol brendi altında fəaliyyət göstərən yanacaq doldurma stansiyalarının ilk açıldığı dövrdə də paytaxt sürücüləri bu yeniliyi sevinc və ümidlə qarşılamışdılar. Etiraf etmək lazımdır ki, əslən Ağstafadan olan Seymur və Teymur adlı qardaşlara məxsus olan bu stansiyalarda ilk vaxtlar istehlakçılara həqiqətən də keyfiyyətli yanacaq təklif olunurdu. Qeyd edək ki, hazırda paytaxt ərazisində üç yerdə - Tbilisi prospektində, Zooparkın yaxınlığında və Əhmədli qəsəbəsində IST Petrol yanacaq doldurma stansiyaları fəaliyətdədir. Lakin zaman keçdikcə bu brend altında satılan yanacağın da keyfiyyəti hiss olunacaq dərəcədə aşağı düşməyə başladı. Xüsusilə bu geriləmələr qardaşların bibisi oğlanları olan Ayaz adlı şəxsin idarə etdiyi Tbilisi prospektindəki stansiyada və Rüstəm adlı daha bir qohumlarının müdir olduğu, Zooparkın yaxınlığında yerləşən stansiyada daha çox nəzərə çarpır. Məlumatlı mənbələr isə bu məsuliyyətsizliyin əsasında mahiyyət etibarı ilə daha şübhəli, neqativ məqamların durduğunu iddia edirlər. Məsələ bundadır ki, istənilən iri biznes layihəsini reallaşdırmaq üçün digər şərtlərlə yanaşı ilkin kapital qoyuluşu da tələb olunur. Həm də məhz yanacaq doldurma stansiyasının açılışı üçün tələb olunan bu kapitalın məbləği kifayət qədər böyük olmalıdır. Məlumatı təqdim edən mənbələr isə Seymur və Teymur qardaşlarının bu kapitalı zamanında qanunla qadağan olunmuş müəyyən məhsulların dövriyyəsindən əldə etdiklərini iddia edirlər. Digər tərəfdən isə daxil olan məlumatlarda bu yanacaq doldurma stansiyaları vasitələri ilə indinin özündə də maliyyə vəsaitlərinin qeyri-qanuni dövriyyəsinin həyata keçirildiyi qeyd olunur. Başqa sözlə desək, mənbələr IST Petrol yanacaq doldurma stansiyalarında "çirkli pulların yuyulması” prosesinin aparıldığını iddia edirlər.

Təbii ki, bu ittihamlar kifayət qədər ciddi olduğundan redaksiyamıza təqdim olunan bir çox təfərrüatların dərc olunmasını məqsədəuyğun hesab etmədik. Digər tərəfdən isə, irəli sürülən ittihamların təsdiq olunacağı təqdirdə, kifayət qədər irimiqyaslı beynəlxalq iqtisadi cinayətkarlığın qarşısı alına bilər. Düşünürük ki, ən azından müvafiq qurumlar tərəfindən IST Petrol yanacaq doldurma stansiyalarının fəaliyyətinin obyektiv şəkildə təftiş olunması bir çox qaranlıq məsələlərə aydınlıq gətirə bilər./Bizim Dövr

Məlumat üçün qeyd edək ki, "İST Petrol”un sahibləri Seymur-Teymur qardaşlarıdır. Bu qardaşların petroldan başqa biznesləri də var. Biznes adı altında bu şəxslər bu günə qədər bir neçə sahibkarı müflis edərək intihar həddinə çatdırıblar. Bu barədə biz ötən günlərdə geniş yazı dərc etmişdik.

Məsələ burasındadır ki, 12 saylı Notariusun saxtakarlığı ilə "İST Petrol" Seymur-Teymur qardaşları sahibkarları intihar həddinə çatdırıblar. Onların adından danışan, hərəkət edən, ahibkarları tora salan AYAZ NƏZƏROV isə bu "tamaşanın" əsas aktyorlarındandır.

7NEWS.azскачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.