SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Abşeronda 10 milyonuncu sakinin dünyaya gəlişi bayram edildi

Abşeronda 10 milyonuncu sakinin dünyaya gəlişi bayram edildi

Tarix:

9-04-2019, 00:10

/ 1 155 dəfə oxundu.
Abşeronda 10 milyonuncu sakinin dünyaya gəlişi bayram edildi

Azərbaycanın 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə Abşeron rayonunda bir sıra tədbirlər keçirilib.

İlkin olaraq rayonun müxtəlif ərazilərində ağacəkmə kampaniyası təşkil edilib. Abşeron RİH-i tərəfindən reallaşdırılan aksiya zamanı 600 ağac əkilib.

Sonra ölkənin 10 milyonuncu vətəndaşının dünyaya gəlməsi münasibətilə iki yüzdən çox gəncin iştirakı ilə Xırdalanda yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında fləşmob keçirilib.

Günün sonunda isə Heydər Əliyev Parkında Abşeron Mədəniyyət Evinin təşkilatçılığı ilə konsert proqramı təşkil edilib. Tədbir iştirakçıları rayonun incəsənət və mədəniyyət kollektivlərinin bir-birindən maraqlı ifalarını izləyib, incəsənət ustalarının şən mahnılarını dinləyiblər.

Konsert proqramı atəşfəşanlıqla başa çatıb.

Şərhlər

XƏBƏR LENTİ