SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İstirahət günlərində hava necə olacaq?

İstirahət günlərində hava necə olacaq?

Tarix:

5-04-2019, 18:08

/ 1 039 dəfə oxundu.
İstirahət günlərində hava necə olacaq?

Həftə sonu Böyük və Kiçik Qafqaza səyahət edənləri yağışlı hava şəraiti gözləyir. Havanın temperaturu dağətəyi rayonlarda 10-15, dağlıq rayonlarda 3-6 dərəcə isti təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bilirilib ki, Lənkəran-Astara bölgəsində yağışlı hava şəraiti müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 11-16 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Aprelin 7-də hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 13-18 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da bəzi yerlərdə yağış yağacağı, aprelin 7-də isə gündüz saatlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 12-17 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı, aprelin 7-də isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 12-14 dərəcə isti təşkil edəcək

Şərhlər

XƏBƏR LENTİ