SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Cari ilin birinci rübündə Dövlət Məşğulluq Xidməti 34 minə yaxın şəxsi işlə təmin edib

Cari ilin birinci rübündə Dövlət Məşğulluq Xidməti 34 minə yaxın şəxsi işlə təmin edib

Tarix:

5-04-2019, 11:23

/ 740 dəfə oxundu.
Cari ilin birinci rübündə Dövlət Məşğulluq Xidməti  34 minə yaxın şəxsi işlə təmin edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2019-cu ilin birinci rübü ərzində 33 969 nəfər işlə təmin olunub. Bu da 2018-ci ilin birinci rübü ilə müqayisədə 13,2 faiz çoxdur.
İşlə təmin edilənlərdən 29 404 nəfərini “İşsizin DOSTu” Proqramı çərçivəsində ödənişli ictimai işlərlə təmin olunanlar təşkil edib. Həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanıb. Bununla da onlar sosial sığorta sistemində iştirak və gələcəkdə sosial təminat hüquqlarına malik olmaq imkanı əldə ediblər.
Yanvar-mart aylarında Xidmət tərəfindən işlə təmin edilənlərin 8 826 nəfəri gənclər, 281 nəfəri əlilliyi olan şəxslər, 1876 nəfəri isə məcburi köçkünlər olub.


AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ

Şərhlər

XƏBƏR LENTİ