SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub

Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub

Tarix:

4-04-2019, 10:38

/ 1 581 dəfə oxundu.
Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub

Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunub.

Bu barədə qərar VK-nın Rəyasət Heyətinin aprelin 1-də keçirilən iclasında qəbul olunub. Belə ki, Rəyasət Heyəti, Kollegiyanın sədri A.Bağırovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin olunması barədə qərar qəbul edib. Həmin qərar aprelin 2-də Məhkəmə-Hüquq Şurasına göndərilib.

A.Bağırov bu vəzifədə Mərkəzi Seçki Komissiyasının üzvü, Vəkillər Kollegiyasının üzvü Ramiz İbrahimovu əvəz edəcək. R.İbrahimov Məhkəmə-Hüquq Şurasından öz ərizəsi ilə ayrılıb.

Qeyd edək ki, "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna əsasən, hər orqan Şuraya öz üzvünü təyin edir.

Şərhlər

XƏBƏR LENTİ