SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məhkəmə hakimlərinin sayı və maaşları artırılacaq

Məhkəmə hakimlərinin sayı və maaşları artırılacaq

Tarix:

3-04-2019, 19:15

/ 1 045 dəfə oxundu.
Məhkəmə hakimlərinin sayı və maaşları artırılacaq

Azərbaycanda məhkəmə hakimlərinin sayı 200 nəfər artırılacaq.

Bu barədə prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Fərman”da qeyd olunur.

Məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılacaq.

Bundan başqa hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması da nəzərdə tutulur.

Şərhlər

XƏBƏR LENTİ