SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Baş prokuror Biləsuvarda 5 rayon sakinlərini qəbul edəcək

Baş prokuror Biləsuvarda 5 rayon sakinlərini qəbul edəcək

Tarix:

5-03-2019, 17:30

/ 1 401 dəfə oxundu.
Baş prokuror Biləsuvarda 5 rayon sakinlərini qəbul edəcək

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il martın 15-də saat 10:00-da Biləsuvar rayon prokurorluğunun inzibati binasında Biləsuvar, İmişli, Cəlilabad, Neftçala və Cəbrayıl rayon sakinlərinin qəbulunu keçirəcək.

Daxil olan məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Biləsuvar rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Şərhlər

XƏBƏR LENTİ