SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 3 aydır təqaüd verilməyən universitetlərin SİYAHISI

3 aydır təqaüd verilməyən universitetlərin SİYAHISI

Tarix:

13-03-2017, 16:37

/ 2 078 dəfə oxundu.
3 aydır təqaüd verilməyən universitetlərin SİYAHISI

Azərbaycanda 3 aydır ki, universitet tələbələrinə təqaüd verilmir. Bu barədə təhsil məsələləri üzrə ekspert Kamran Əsədov məlumat verib.

Onun sözlərinə görə, 2017-ci il başlayandan tələbələr təqaüd üzünə həsrətdirlər: "Artıq 3 aydır ki, bir çox universitet tələbələri təqaüd üzü görmürlər. Səbəb Maliyyə Nazirliyinin hesaba pul köçürməməsidir. Buna görə tələbələrin təqaüdləri geçikdirilir”.

Ekspert qeyd edib ki, təqaüd aşağıdakı universitetlərdə verilmir:

* Azərbaycan Turizm və Menecment Universiteti
* Xəzər Universiteti
* Azərbaycan Dövlət Dəniz Akademiyası
* Azərbaycan Dillər Universiteti
* Dövlət İdarəçilik Akademiyası
* Bakı Slavyan Universiteti
* Rəssamlıq Akademiyası
* Mədəniyyət və İncəsənət Universiteti
* Bakı Musiqi Akademiyası
* Sumqayıt Dövlət Universiteti
* Bakı Mühəndislik Universiteti
* Lənkəran Dövlət Universiteti.

Məsələ ilə bağlı Maliyyə Nazirliyi ilə əlaqə saxlamaq cəhdi baş tutmayıb.

cebhe.info

Şərhlər

XƏBƏR LENTİ