SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şahin Məmmədov oğluna görə kursantı Akademiyadan qovdurub

Şahin Məmmədov oğluna görə kursantı Akademiyadan qovdurub

Tarix:

13-03-2017, 16:24

/ 16 032 dəfə oxundu.
Şahin Məmmədov oğluna görə kursantı Akademiyadan qovdurub

Adını açıqlamaqdan imtina edən məlumatlı mənbədən daxil olan məlumatda iddia edilir ki, Daxili İşlər Nazirinin müavini,Daxili Qoşunlar Komandanı General-leytenant Şahin Məmmədovun oğlu Ruslan Məmmədov ötən ilin oktyabr-noyabır ayında Polis Akademiyasının kursantı tərəfindən döyülüb.Məlumatı verən mənbə iddia edir ki,çox maraqlıdır ki, bu hadisə mediadan gizlədilib.Mənbənin iddiasına görə, 2016-cı ilin oktyabr-noyabr ayında baş verən bu hadisədə generalın oğlu günahkar olduğu halda (içkili olub) həmin kursant akademiyadan qovulub. Bu azmış kimi həmin kursant polis orqanlarından da qovulub.
Mənbə iddia edir ki, Şahin Məmmədov birbaşa tutduğu vəzifədən sui istifadə edərək həmin hadisəni gizlətməklə bərabər, eyni zamanda həmin kursantın gələcək həyatını alt üst edib.

Redaksiyadan: Bir daha bəyan edirik ki, bu məlumat redaksiyamıza adını açıqlamaqdan imtina edən mənbə tərəfindən daxil olub. Məlumatda iddia edilənlərlə bağlı adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Vətəninfo

Şərhlər

XƏBƏR LENTİ