SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 379 binanın dam örtüyü təmir ediləcək - Prezidentdən SƏRƏNCAM

379 binanın dam örtüyü təmir ediləcək - Prezidentdən SƏRƏNCAM

Tarix:

4-02-2019, 18:42

/ 873 dəfə oxundu.
379 binanın dam örtüyü təmir ediləcək - Prezidentdən SƏRƏNCAM

Prezident İlham Əliyev fevralın 4-də "Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
Sərəncamla 379 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-ci bəndində göstərilmiş məbləğin 21 milyon 685 min 830 manatı Gəncə, Sumqayıt, Şəki, Şirvan, Qazax şəhər və rayonlarının icra hakimiyyətlərinə ayrılıb.

Gəncədə 50, Sumqayıtda 263, Şəkidə 28, Şirvanda 30, Qazaxda isə 8 ədəd 3-5 mərtəbəli çoxmənzilli binanın dam örtükləri təmir olunacaq.

Şərhlər

XƏBƏR LENTİ