XalqXəbər.Az

İradə Gülməmmədova gənclərə fəxri fərman verdi

İradə Gülməmmədova gənclərə fəxri fərman verdi
2-02-2019, 17:04

Bu gün Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində “2 fevral- Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirilib.
Abşeron rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə iştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bütün Azərbaycan gənclərini bu əlamətdar bayram günü münasibətilə təbrik edib.

Ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə “2 fevral – Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” Sərəncam imzalandığını vurğulayan başçı qeyd edib ki, Ulu öndərin gənclər siyasətinin nəticəsi olaraq gənclər dövlət idarəçiliyinin bütün sahələrində aktiv iştirak etməyə başlayıblar. Bildirilib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında ulu öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin mühüm rolu var. Dövlət başçısının bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərdiyi, dövlətin gənclər siyasətinin onun rəhbərliyi ilə yeni mərhələdə daha da inkşaf etdiyini diqqətə çatdırılıb.

Çıxışı zamanı Abşeronda həyata keçirilən gənclər siyasəti və gənclərin sosial vəziyyəti məsələsinə də toxunan icra başçısı qeyd edib ki, bu gün rayonun və ölkənin ictimai-siyasi həyatında rayon gənclərinin göstərdiyi fəallıq onların hazırki səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir.

Tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmiralıyev ötən il rayonda dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən danışıb.

Daha sonra, Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin adından “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra gənclərə fəxri fərman təqdim olunub.
İradə Gülməmmədova gənclərə fəxri fərman verdi
İradə Gülməmmədova gənclərə fəxri fərman verdi
İradə Gülməmmədova gənclərə fəxri fərman verdiскачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.