SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Zibil qutularından metal yığıb, dolanıram..." - Məcburi köçkün prezidentdən kömək istədi...

"Zibil qutularından metal yığıb, dolanıram..." - Məcburi köçkün prezidentdən kömək istədi...

Tarix:

31-01-2019, 15:32

/ 927 dəfə oxundu.
"Zibil qutularından metal yığıb, dolanıram..." - Məcburi köçkün prezidentdən kömək istədi...

Əslən Ağdamdan olan Yeganə Eyvazova prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə narazı vətəndaş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdən və onun işçilərindən giley edir. Müraciəti təqdim edirik:

"Çox hörmətli, Ilham ƏIliyev cənabları! Mən Eyvazova Yeganə Cahid qızı 04.06.1972-ci ildə Ağdam rayonu Seyidli kəndində anadan olmuşam. 1993-cü il Ağdam rayonu işğal edildikdən sonra əvvəl Gəncə şəhərində, sonra isə Bakı şəhərində kirayədə yaşayıram. 1998-ci ildə atamı itirdim, 2013-cü ildə isə anam rəhmətə gedib. Ailə qurmamışam.

Dəfələrlə "Qaçqınkom"a müraciət etsəm də, mənə bildirirlər ki kirayədə yaşayanlra ev düşmür. Mən izah edirəm ki, 40 manat çörək pulu alıram, 250 manat kirayə verirəm. Borc alıb kirayə pulu alıb ödəməyə daha üz tutacaq adam qalmayıb,mən məcbur qalıb zibil qutularından metal yığıb, dolanıram. Belə vəziyyətdə yaşamaq olarmı? "Qaçqınkom"da məni qəbul edən şəxslər bilmirlər ki Azərbaycanda yaşayış minumu 140 manatdır?

Çox hörmətli Ilham ƏIliyev cənabları! Mən Sizin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın biz qaçqınlara daimi köməklik etdiyini görürük, mənim səhərə çörək almağa pulum olmadığı halda kirayə haqqını necə ödəyim? Özüm heç yerdə işləmirəm. Yalnız 40 manat çörək pulu alıram. Çox xahiş edirəm, mənə "Qaçqınkom"un nəzdindəki Bakı şəhərində evlərdən biri ilə təmin olunmağıma köməklik edəsiniz.

Çox hörmətli Ilham ƏIliyev cənabları, maddi vəziyyətim olduqca ağır vəziyyətdədir. Dəfələrlə müraciət etsəm də, mənə heç kim kömək etmir. Nə işim var, nə də evim. Siz həmişə biz qaçqınlara kömək etmisiniz, mənim artıq bu vəziyyətə dayanacaq gücüm qalmayıb. Mən inanıram ki bu çətin vəziyyətimdə mənə köməklik edəcəksiniz. Əvvəlcədən sizə təşəkkürümü bildirirəm".

Dia.Az

Şərhlər

XƏBƏR LENTİ