SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazirlikdən güclü küləklə bağlı xəbərdarlıq

Nazirlikdən güclü küləklə bağlı xəbərdarlıq

Tarix:

25-01-2019, 15:28

/ 1 090 dəfə oxundu.
Nazirlikdən güclü küləklə bağlı xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda güclü küləyin əsəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 27-də cənub-qərb küləyinin 15-18, arabir 20-25 m/s, yanvarın 28-i günün ikinci yarısından 29-u axşamadək isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə yanvarın 28-i gündüz, 29-da bəzi rayonlarda havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir. Yanvarın 27-29-da qərb küləyinin bəzi rayonlarda arabir 9-14 m/s, bəzi Kür vadisi rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ